1965-ci il Ermənistan SSR-də millətçilik və şovinizmin baş qaldırdığı il olub. Ermənilər fevral ayında Andranik Ozanyanın 100 illik yubleyini, aprel ayında isə qondarma soyqırımın 50 illiyini qeyd ediblər. 1965-ci ilin aprel ayının 24-də İrəvanda və ətraf rayonlarda azərbaycanlılara qarşı hücumlar belə olub. İrəvanın mərkəzində keçirlən mitinqdə Naxçıvan və Qarabağ iddiaları səsləndirilib. Polislə (o zaman “milis”) qarşıdurma yaranıb. Yaralananlar və həbs olunalar olub. Moskvanın göstərişilə hadislər mətbuatda işıqlandırılmayıb…
Ermənistanda baş qaldıran bu “üsyana” qarşı zəif də olsa Azərbaycanda da etirazlar olub. Xüsusən, ermənilərin Naxçıvan və Qarabağ iddialarına qarşı Zəngəzur iddiası səsləndirilib. Üstəlik, 1929-cu ildə Azərbaycan KP MK-nin birinci katibi Levon Mirzoyanın Ermənistan SSR-yə “verdiyi” Zəngəzurun bəzi bölgələri Ali Sovet tərəfindən hələ təsdiq olunmamışdı. Həmin ərazilərin Ermənistan SSR-yə verilməsi Azərbaycan SSR-i Ali sovetində yalnız 1969-cu ildə təsdiqlənib.
1965-ci ildəki yersiz çıxışlarının onlara baha başa gələcəyini hiss edən ermənilər hər zaman olduğu kimi, yenə bildikləri ən yaxşı yola – “böyük qardaşın” himayəsinə sığındılar. “Böyük qardaşa” olan sədaqətlərinin sübutu kimi, 1966-cı ildə ermənilər (heykəltəraş Marat Nuricanyan) Zəngəzurda – Qafan şəhərindən Qacaran şəhərinə gedən yolun solunda, Oxçuçayın sağ sahilində, qayaların üzərinə ağzında açar tutan ayı heykəli qoydular…
Əlbəttə, Zəngəzur dağlarında digər heyvanlar kimi ayılar da yaşayr, amma ayının Zəngəzurda heç bir xüsusi simvolik dəyəri olmayıb. Nə ermənilər, nə də azərbaycanlılar üçün…
Bütün dünya bilir ki, rus xalqının mifologiyasında ayının xüsusi yeri var. Ruslar dövlət qurduqdan sonra ayını Rusiyanın simvoluna çevirdilər. Bu gün də Rusiyanın bəzi əyalətlərinin gerbində ayı simvolları qalmaqdadır. Dünyada ayı deyəndə Rusiya, Rusiya deyədə ayı yada düşür. Bu səbəbdən Rusiyanın düşmənləri mesaj verəndə ayını alçaldıcı formada təqdim edirlər. Rusların özləri və müttəfiqləri isə mesajlarında ayını müsbət obrazda təqdim edirlər…
Zəngəzurun açarını ayının (Rusiyanın) ağzına necə qoyublarsa, nəinki Azərbaycan heç Ermənistanın qanuni baş naziri Nikol Paşinyan da ora girə bilmir. Müharibədən sonra paşinyan Zəngəzura 2 dəfə səfər etməyə cəhd edib. Birində səfəri yarımçıq saxlamağa məcbur olub, ikincisində isə ciddi etirazlarla qarşılanıb. Zəngəzurdakı əksər bələdiyyələrin (Gorus, Mehri, Qacaran) rəhbərləri qarşıdakı seçkidə Putinin şəxsi dostu Köçəryanı dəstəkləyəcəklər
Allahverdi Aydın