Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium
kinoteatrında “Xaç atası” ilk filminin 50 illik yubileyi şərəfinə Frensis Ford
Koppolanın kriminal saqanın unudulmaz və möhtəşəm tədbiri keçirilib.
“Xaç atası” ən yaxşı film, ən yaxşı kişi rolu (Marlon Brando), ən yaxşı uyğunlaşdırılmış
ssenari üzrə Oskar Mükafatını qazandı və 1972-ci ilin ən çox gəlir gətirən filmi
oldu. Bu, həqiqətən də bütün zamanların ən dahi aktyor heyəti ilə
kinematoqrafiyanın kult əsəridir.
“Xaç atası” filmində əsas rolları Al Paçino, Marlon Brando, Ceyms Kaan, Dayan
Kiton, Taliya Şayr, Riçard Kastellano və başqaları oynayıblar.
Bərpa üç il çəkdi. Bu müddət ərzində trilogiyada hər bir kadr üçün ən yaxşı təsviri
tapmaq üçün 300 qutu kinoplyonka araşdırıldı. Ustalar neqativlərdən ləkələri
aradan qaldırmaq və rəngi bərpa etmək üçün minlərlə saat sərf ediblər.
Tanınmış event-şirkəti “Orli” tədbirin sadiq pərəstişkarlarını ən yaxşı filmlərdən
birinin inanılmaz ab-havasına qərq etdi.
Qonaqları Rzayeva Kübranın rəhbərlik etdiyi opera kvartet qarşılayıb.
Şou-biznes ulduzlarını, jurnalistləri, bloggerləri, sahibkarları və iri təşkilat
rəhbərlərini aparıcı Elvin Mərdanov salamlayıb. Tədbirin yaddaqalan hissəsi tarda
“Xaç atası”nın melodiyasını ifa edən Əli Əsgər Məmmədovun çıxışı oldu. Gecədə
gözəl tanqo rəqsi ifa edən Fərid Mehdiyev və Diana Batakova da iştirak ediblər.
Tədbirin təşkilində Brand Media Groups, “Orli” event şirkəti, “The Story Baku”
restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery” şirkəti, Magic Mirror,
Harmony Dance Studio by Farid Mehdiyev, Azeri Express, Bizon və Şeh Su
dəstək göstəriblər.
Dünya kinosunun ən yaxşı filmlərindən biri “Xaç atası. Filmin 50illiyi” fevralın
24-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında
olan ən son premyeralar ilə sevindirməyə hazırdır!