“Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu – “Maraqa -150″ abidəsi” layihəsi başa çatıb

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu – “Marağa -150″ abidəsi” layihəsi Qafqaza ermənilərin köçürülməsi münasibətiylə özlərinin Qarabağda inşa etdikləri abidədən bəhs edir.

Azərbaycan Gənclər Fondunun keçirdiyi  13-cü qrant müsabiqəsində  “C” kateqoriyası üzrə qalıb gələn bu layihənin ilk mərhələsində “Marağa-150” video filmi hazırlanıb. “Marağa-150” abidəsi,  daha doğrusu onun qalıqları  Tərtər rayonun Şıxarx qəsəbəsinin yaxınlığında yerləşir. Tarixi faktlar göstərir ki,  abidə Qarabağa İranın Marağa kəndindən köçən 200 ailəsinuin şərəfinə köçürülmələrinin  150 illiyi ilə əlaqədar olaraq, 1978-ci ildə qoyulub.  Qarabağ  ərazisində daha 2 anoloji abidə olsa da həmin ərazilər Ermənistanın işğalında  olarkən dağıdılıb. Üzərində ermənicə “Marağa-150” yazılmış abidə ermənilərin burda köklü xalq olmadıqlarının sübutu olduğuna görə, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları başalayanda özləri tərəfindən partladılıb.

DSC01215 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb

Layihənin ilk mərhələsində ətraflı tədqiqat aparılaraq çəkilən  “Marağa-150”  filmində  abidənin qalıqları və o vaxtki şəkilləri geniş əks olunub. Eyni zamanda  həmin abidənin açılşında iştirak etmiş soydaşlarımızın müsahibələri də filmdə yer alılb.  Ssenari müəllifinin Şöhrət Eyvazov, quruluşçu operatorun Zahir Əsədov olan bu filmin yaxın gələcəkdə xarici dillərə dublayı da nəzərdə tutulub. 

DSC01186 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb

Layihənin ikinci mərhələsində məktəblərdə görüşlər keçirməklə  gənclərə içərisində “Marağa-150” film olan disklər təqdim edilib. Tədimatlar Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta  məktəbində, Bərdə Peşə liseyində və  Bərdə şəhər 4 saylı tam orta  məktəbində keçirilib. Layihə rəhbəri Kənan Eyvazov keçirilən görüşlərdə Azərbaycan Gənclər Fondunun keçirdiyi layihələr haqqında məlumat verərək iştirakçıları belə layihlərdə yaxından iştirak etməyə çağırıb.

DSC01219 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb

Məlumat verilib ki, məqsəd ermənilərin Qarabağda son yüzilliklərdə məskunlaşmalarını  sübut edən film çəkmək və bunları gənclərə və ictimaiyyətə çatdırmaqdır. Bununla Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əsassız iddialarna tutarlı cavab verməyə çalışılıb. Layihədən filmin təqdimatı və disklərin paylanması olan görüşdə iştirak edən 165  gənc birbaşa, “Maraqa -150″ abidəsi”  filminin  sosial şəbəkələrdə yayılmasıyla isə 1000-dən çox gənc bilavasitə bəhrələnəcək. O, bildirib ki, layihənin əsas məqsədi  “Maraqa -150”  filmi ilə tədqiqatçılara, xüsusi ilə gənclərə tutarlı mənbə təqdim etmək, 1988-ci ildə “Marağa-150” abidəsinin ermənilər tərəfindən dağıdılmasının məqsədyönlü olmasını göstərmək,   Ermənistanın son iki əsrdə  Azərbaycana qarşı yönələn ərazi iddiların tutarsız olduğuna əsaslandırmaqla ölkəmizə qarşı aparılan informasiya hücumlarının qarşısını almaq, Qarabağ həqiqətləri haqqında bilikləri real və virtual məkanda genişləndirmək və yaymaqdır.

 Layihənin koordinatoru Şöhrət Eyvazov “Marağa – 150” videofilminin youtube platformasına yerləşdirildiyini və layihə  başa çatdıqdan sonra onun gənclərə təsirinin davam etdirilməsi üçün sosial şəbəkələrdən geniş istifadə olunacağını bildirib. Virtual aləmdə “Marağa – 150” videofilminin ələçatımlığı layihənin davamlıq müddətini və audotirayasını genişləndirəcəkdir.

DSC01187 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb

Müzakirələrdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyin əməkdaşları Şəmsiyyə Abbaszadə və Orxan Fəxrəddinov, Bərdə Gənclər və İdman idarəsinin əməkdaşları Hikmət Ələkbərov və Aydın Qasımov, Qarabağ müharibəsi  əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova, Bərdə rayon İcra hakimiyətinin  Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin şöbə müdiri Samir Səfərov, müəllimlər və gənclər iştirak ediblər. Çıxışlarda Ermənistan Yuxarı Qarabağa ərazi iddialarını saxta tarixlə əsaslandırmağa çalışıdığından, əslində isə ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsinin XIX əsrin 20-30-cu illərindən başladığı vurğulanıb. Bildririlib ki, Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən belə layihələr  İnformasiya cəmiyyətinin tələblərinə uyğun müasir, daha doğun informasiya mənbələrinə ehtiyacın ödənilməsində mühüm addım sayıla bilər.  

DSC01227 1 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
DSC01230 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
DSC01243 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
DSC01250 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
DSC01245 1024x576 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
IMG 1788 1024x683 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
IMG 1799 1024x683 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
IMG 2078 1024x683 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
IMG 2265 1024x683 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb
IMG 2158 1024x683 - "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Maraqa -150" abidəsi" layihəsi  başa çatıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir