Rusiyanın sülhməramsızları Qarabağdakı yer adlarını YENƏ təhrif edib – “erməniləşdirib”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bununla bağlı NÖVBƏTİ DƏFƏ etiraz açıqlaması yayıb. Hesab edirəm, biz buna qarşılıq olaraq, Rusiya Federasiyasının şəhərlərini, yer adlarını təhrif etməklə deyil, oralar əslində necə adlanmalıdırsa, o şəkildə yazaraq cavab verməliyik.

Örnəyi:
Qroznı yox, CÖVHƏRQALA,
Saratov yox, SARITAU,
Orenburq yox, ORONBOR, Pyatiqorsk yox, BEŞDAĞ,
Çelyabinsk yox, ÇƏLƏBİXAN, Kamçatka yox, QAMÇATAN,
Yakutiya yox, SAXAYERİ (SAXASİREE)…

Eləcə də, rus dilini azacıq qurdalayası olsaq, görərik, dil qazaxcaya, tatarcaya, ümumən Turan dillərinə nə qədər borcludur… –
çelovek yox, ÇELOBƏY,
denqi yox, TƏNGƏ,
qroşi yox, QURUŞ…

Əkbər Qoşalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir