“CinemaPlus” kinoteatrlar şəbəkəsi yanvarın 19-dan etibarən Türkiyənin “CNP film” istehsalı olan “49” hərbi filminin nümayişinə başlayacaq.
Real hadisələrə əsaslanan film Türkiyənin yaxın tarixinin ən gərgin dövrlərindən birindən bəhs edir.
Rejissor Hakan İnan, prodüser Mehmet Canpolat, ssenari müəllifləri İlker Arslan və Barış Ərdoğandır.
Baş rollarda İsmayıl Hacıoğlu, Hande Doğandemir və Sinan Tuzcu çəkilib.
Müddəti 130 dəqiqə. Yaş həddi 16+
Film haqqında qısa məlumat: İŞİD 2014-cü ildə Mosulu işğal etdikdən sonra oradakı Türkiyə səfirliyinə də hücum təşkil edib. Nəticədə burada işləyən 49 əməkdaş terrorçular tərəfindən əsir götürülüb. Film MİT-in onları xilas etmək məqsədilə keçirdiyi geniş əməliyyatdan bəhs edir.
“CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.