CineMastercard”da “Furiosa: Çılğın Maks Əfsanəsi” filminin premyeradan öncə nümayişi keçirilib

Bakı, 27 may: “28 Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında “Furiosa: Çılğın Maks Əfsanəsi” fantastik döyüş filminin premyeradan öncə nümayişi keçirilib. Maks haqqında ilk film 1979-cu ildə çəkilib və kassada öz büdcəsindən 286 dəfə gəlir gətirdi.
Filmin premyerası Kann kinofestivalında müsabiqədənkənar baş tutub.

Rejissor Corc Millerdır.
Baş rolu Ani Teylor-Coy canlandırıb. Kris Hemsvort isə mənfi personajlardan biridir.

Film haqqında qısaca: Sivilizasiyanın süqutundan 45 il keçir. Ailəsi ilə birlikdə “Min Ananın Yaşıl Torpaqlarında” yaşayan gənc Furiosa, sərkərdə Dementusun başçılıq etdiyi Dağ Baykerləri tərəfindən qaçırılır. Çöl ərazini keçərək, dəstə Qalanı idarə edən Ölümsüz Coyun ordusu ilə qarşılaşır.
Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.
Tədbirin təşkilində “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, Carlsberg Azerbaijan, Portal Games və Red Bull dəstək göstəriblər.
Tədbir filmin ScreenX formatında nümayişi ilə başa çatıb.

İlin ən gözlənilən filmlərindən biri mayın 23-dən etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunur. Həmçinin, “Furiosa: Çılğın Maks Əfsanəsi” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.







Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir