Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevi digər ölkələrin liderlərindən fərqləndirən 15 üstün xüsusiyyət var.
- İstənilən yerli və ya xarici platformada daim özünə əmindir, heç bir halda həyəcan keçirmir.
- Çıxışları yalnız mövzunu əhatə edir, Azərbaycan dövlətinin mövqeyini kifayət qədər aydın və ardıcıl şəkildə çatdırır.
- Çıxışları tabeliyində olan bütün idarəetmə orqanları, o cümlədən güc strukturları və hüquq mühafizə orqanları üçün direktiv xarakteri daşıyır.
- Yerişi, jestləri və şux duruşu ilə vəziyyətə hakim olduğunu nümayiş etdirir.
- Diplomatiya, siyasət, tarix, iqtisadiyyat və siyasi protokol sahəsində mükəmməl biliklərə, güclü yaddaşa malikdir. Əvvəllər verdiyi bəyanatlar ilə yeni çıxışları arasında uyğunsuzluq mövcud deyil.
- Prezident İlham Əliyev üçün xoşagəlməz və ya çətin sual yoxdur. Ən mürəkkəb vəziyyəti belə rahatlıqla öz xeyrinə dəyişə bilir. Saatlarla müxtəlif dillərdə verdiyi müsahibələrdə konkret rəqəm və faktlardan istifadə edir.
- Verdiyi qərarlar məntiq və uzun illərin təcrübəsinə əsaslanır, qərarları qətidir və hər birinin doğru olduğu zamanla təsdiqlənir.
- Liderlik xüsusiyyətləri yüksək səviyyədədir. Bəzən sərt və soyuq baxışları qarşı tərəfdə dərin həyəcan yaradır.
- Addımları ardıcıl, planlıdır, fəaliyyəti yalnız uğurlarla nəticələnəcək strategiyaya əsaslanır.
- Dost ölkələrin rəhbərləri ilə bərabər rəqiblərinin də rəğbətini rahatlıqla qazana bilir.
- Maraqlı və intellektual həmsöhbətdir, heç vaxt sualdan yayınmır, yumor hissinə malikdir, istənilən auditoriyanın diqqətini cəlb edə bilir, dinləyicini yormur və nitqində təkrara yol vermir.
- Yüksək fiziki imkanlara malikdir, qətiyyən yorğunluğunu hiss olunmur, tətilə çıxmır, daim dövlətimizin naminə çalışır və hər birimizə nümunə ola bilər.
- Rəhbər olaraq sərt, insan kimi hümanist xarakterə malikdir. Bağışlamağı bacarır.
- Azərbaycan ilə dostluq edən ölkələrin sayını daim artırır.
- Son 80 ilin tək qalıb Ali Baş Komandanıdır.
Ədalət Verdiyev
AzVision.az