Ermənistan itkilər verməkdə davam edir: Bir general və iki polkovnik

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Turaz.info Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Məlumatlara görə, generalla bərabər Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.

Qeyd edək ki, Ermənistan rəsmiləri itkiləri gizlətməyə çalışır. Rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölü sayının 59-a çatdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir