Şəhid Babək Samidli təltif edildi

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Turaz.az  xəbər verir ki, təltif olunan hərbiçilərin adları arasında şəhid polkovnik Samidli Babək Mətləb oğlu da var.

Şəhid polkovnik Samidli Babək Mətləb oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Babək Səmidli noyabrın 23-də Suqovuşanda minaya düşərək şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir