Qarabağ qazilərindən ibarət nümayəndə heyəti Türkiyə Cümhüriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşdü
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə qardaş ölkəyə səfərini davam etdirən Qarabağ qazilərindən ibarət nümayəndə heyətimiz bu gün paytaxt Ankarada TBMM-də Türkiyə Cümhüriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşdü.
Qeyd edək ki, Səfərimiz Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilir.