Azərbaycan enerji diplomatiyası və təsir imkanları

                     Azərbaycan enerji diplomatiyası və təsir imkanları

Tədqiqat predmeti: Azərbaycan enerji resurslarının ölkənin iqtisadi sahədə inkişafına təsiri və ölkənin digər dünya dövlətləri ilə beynəlxalq əlaqələrinin qurulmasındakı əhəmiyyəti təhlil edilir.

Tədqiqatın strukturu: Azərbaycanın enerji strukturu sahəsində atdığı iqtisadi və siyasi diplomatik addımların ölkənin inkişafına təsiri araşdırılır.

                                                           Əsas hissə

Sirr deyil ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik qazandıqdan sonra özünü dövlətləri qarşısında tanıtmalı idi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə siyasi, iqtisadi və sosial dəyişikliklər baş verdi. Heydər Əliyev ilk öncə ölkəni iqtisadi böhrandan çıxarmaq üçün Azərbaycanın enerji resurslarından doğru istifadə edərək onu dünya bazarına çıxartdı. Bununla  da Azərbaycan siyasi arenada tanınmağa başladı. bir zamanlar Azərbaycanı Rusiyanın və ya  İranın ərazisi sanan dünya dövlətləri əslində Azərbaycanın Cənubi Qazqazın Xəzər sahillərində yerləşən müstəqil bir dövlət olduğunu tanıdı. Bununla da Azərbaycan ilk öncə Qafqazdakı mövqeyini gücləndirdi, daha sonra isə digər dövlətlərdən olan asılılığını azaltdı. Azərbaycan sayılı ölkələrdəndir ki, özünün enerji resurslarından düzgün istifadə edərək ölkəsini iqtisadi və siyasi cəhətdən zirvəyə daşımışdır. Azərbaycanın bölgədə hakim dövlətə çevrilməsi bəzi dövlətləri narahat edir. Onlar müxtəlif addımlar ataraq bunun qarşısını almağa çalışır, lakin Azərbaycan neft və qaz enerji resurslarını dünyanın 3 istiqamətində 33 ölkəyə ixrac edir, buda onların  Azərbaycana qarşı yeritdikləri əks siyasəti məğlubiyyətə uğradır. Buna misal olaraq 1994-cü ildə imzalanmış  Əsrin müqaviləsini misal göstərə bilərik bu müqavilə sayəsində Azərbaycan nefti 3 istiqamətdə 33 ölkəyə ixrac edilir. Buda Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsinə, xaricdən asılılığı olmayan bir dövlət kimi mövcudluğunu davam etdirməsini təmin edir. Digər bir tərəfdən bunuda deyə bilərikki hal-hazırdada davam edən Rusiya-Ukraniya müharibəsidə Azərbaycanın həm enerji, həmdə iqtisadi inkişafına təkan verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla yeritdiyi enerji diplomatiyası sayəsində Azərbaycan əksər Avropa ölkələrini qazla təmin edir. Həmçinin Cənab Prezidentin uğurlu siyasəti nəticəsində Qərblə sıx əməkdaşlığın təməli qoyulur. Ərazilərimizin 20% hissəsini işğal etməklə regionda siyasi sabitliyi pozmağa çalışan Ermənistan, Azərbaycanın yeritdiyi güclü diplomatiya nəticəsində regional lahiyələrdən kənarda qaldı. Buda düşmən dövlətin iqtisadiyyatının iflic vəziyyətə düşdüyünü göstərir, hətta Ermənistan rəsmiləri bu itkinin nə qədər böyük olduğunu etiraf etmək məcburiyyətində qalmışdır.

Analtik təhlil: Azərbaycan gələcək illərdədə enerji sahəsində bu sürətlə və daha da uğurla inkişaf etsə Azərbaycan regionda həmçinin dünya dövlətləri arasında daha da yüksələcəkdir. Bununla yanaşı Azərbaycanı istəməyən güclərin sayı artacaqdır.

                                                              Nəticə

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə təməli qoyulan enerji resurslarının ixracı siyasəti günümüzdə İlham Əliyevin öndərliyi ilə uğurlu şəkildə yeridilir. Bu siyasətin uğurla yeridilməsi həm dövlətin iqtisadi inkişafına yüksək təsir göstərir, həmçinində ölkənin digər dövlətlər tərəfindən xarici asılılığına son qoyur və beynəlxalq arenada Azərbaycanın nüfusunu qaldırır.

Mənbələr:

  1. Quluzadə Natiq , “Azərbaycanın enerji diplomatiyası dünyəvi güc amilidir”,  https://www.yeniazerbaycan.com/Arxiv_e84185_az.html

2. “Müasir dünya siyasəti və enerji diplomatiyası”, Azərbaycan Dövlət İqtisad Universiterti

3. İsmayıl Musa,  Azərbaycanın xarici siyasəti III hissə

4.  Nəsibli N. Azərbaycan geopolitikası və neft. Bakı 2000

Turan Əlizadə,, Azərbaycan Universiteti II kurs Politologiya tələbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir