Azərbaycan həkimləri Özbəkistanda keçirilən Elmi-praktik konfransda iştirak ediblər

Özbəkstan Respublikasının Xivə şəhərində Milli Elmi Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən keçirilən «Təxirəsalınmaz Tibbi Yardımın Təşkilinin aktual problemləri» adlı XIX Respublika Elmi-praktik konfrans keçirilib.

Konfransa dəvət alan Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının professoru, tibb elmlər doktoru Novruz Hacıyev və tibb elmlər doktoru Elman Tağısoy məruzələrlə çıxış ediblər.  Elman Tağısoy çıxışında hər iki qardaş ölkənin tibb sahəsində də qarşılıqlı təcrübə və nəzəriyyə mübadilələrinin davam etdiriləcəyinə inamı vurğulayıb.

IMG 20241017 WA0009 1024x768 - Azərbaycan həkimləri Özbəkistanda keçirilən Elmi-praktik konfransda iştirak ediblər

Hər iki alim Azərbaycan-Özbəkistan arasında elmi əlaqələrin inkişaf etdirilməsində göstərdikləri xidmətlərə görə Fəxri Fərmanla təltif olunublar.

IMG 20241017 WA0014 2 - Azərbaycan həkimləri Özbəkistanda keçirilən Elmi-praktik konfransda iştirak ediblər

Konfransın panel iclasına  sədrlik  edən prof. Novruz Hacıyev Milli Elmi Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi nəzdindəki Dissertasiya Şurasında keçirilən müdafiədə rəsmi opponent olub.

Azerbaycan nümayende heyeti terefinden qardaş ölklərin Prezidentlərinin şəkilləri toxunan xalçanı Konfransın Təşkilat komitəsinə hədiyyə ediblər.

turaz.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir