Turaz.az Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətinin verdiyi məlumatı təqdim edir.
21 noyabr 2021-ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti onlayın yığıncağı keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli ötən müddətdə AQC və QAİ-nin fəaliyyəti barədə yığıncaq iştirakçılarına məlumat verib.
İclasın gündəliyinə altı məsələ daxil edilib:
1. QAİ Qadınlar Şurasının Bakıda və bölgələrdə şəhid ailələrini ziyarət tədbirləri haqqında (Telli Pənahqızı);
2. QAİ-nin beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılması istiqamətində işlərin gedişi haqqında (Həqiqət Hacıyeva);
3. 5 DEKABR 1988-1991-ci il və 23 DEKABR 1948-1953-cü illər deportasiyalarının anım tədbirlərinə hazırlıq haqqında (Mirfaiq Mirheydərli);
4. “Azərbaycanlıların deportasiyası” mövzusunda jurnalist yazıları müsabiqəsinin məqsəduyğunluğu haqqında (Azadə Novruzova)
5.Təşkilati məsələlər, bölgələrlə işin təşkili və nümayəndəliklərin yaradılaraq fəaliyyətlərinin gücləndirilməsi haqqında (Abduləli Həsənov);
6. Cari məsələlər, siyahıya almanın vəziyyəti, şikayət və ərizələr, sosial şəbəkələrlə iş məsələləri haqqında (Abduləli Həsənov).
Təqdim olunan məsələlər ətrafında geniş müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilib. Müzakirələrdə Əziz Ələkbərli, Mirfaiq Mirheydərli, Abduləli Həsənov, Rəhilə Abdullayeva, Azadə Novruzova, Həqiqət Hacıyeva, Aydın Əliyev, Ələsgər Məmmədov, Şöhrət Eyvazov, Polad Poladov, Şəmsiyyə Mustafayeva və başqaları çıxış ediblər.
Şöhrət Eyvazovun Qərbi Azərbaycan İcmasının Bərdə rayonu üzrə nümayəndə təyin edilməsi qərara alınıb.
“Azərbaycanlıların deportasiyası” mövzusunda jurnalist yazıları müsabiqəsinin keçirilməsi məqsəduyğun hesab edilmiş, müzakirəyə təqdim olunmuş layihə təsdiq edilmiş və müsabiqənin elanının mediada dərc olunması qərara alınıb.