Bərdə bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbir Bərdə şəhər 3 saylı tam orta məktəbin şagirdlərin əl işlərindən ibarət sərgiyə və xalqın vahid birliyiilə bağlı hazırladıqları kompozisiyaya baxış keçirilməsi ilə başlayıb.
Şəhid anaları, qazilər, müxtəlif kateqoriyadan olan iş adamları, media,özəl sektor və müxtəlif partiyaların yerli təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada topraqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqə sükutla yad edilib. Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov mövzunun mahiyyətini açıqlayaraq, xalqımızın vahidliyinin dövlətimizin qazandığı qələbələrin əsas amili olduğunu xüsusi vurğulayıb.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyası ətrafında respublikamızda yaşayan bütün millətlərin vahid xalq birliyinin möhkəmliyindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalq-iqtidar-Ordu birliyindən və uğurlardan danışıb.
Diskussiya şəraitində keçən tədbirdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri-Samir Səfərov, Etibar Hüseynova, Mehparə Mustafayeva,Tofiqə Məmmədova, Teymur Həmidov, Məhərrəm Şəfiyev, həmçinin şəhid ailələri – Radə Qurbanova,Arzu Hüseynova, Türkanə Qəribzadə, QHT nümayəndələri Aydın Zeynalov ,Bəxtiyar Hüsiyev,Nərgiz Cəfərova , iş adamı Fəxrəddin Hüseynov, bələdiyyə sədri Knyaz Əliyev və başqalrı çıxış edərək xalqın vahidliyinin müxtəlif aspektlərinin təbliğ olunmasının böyük əhəmiyyətlərindən söz açıblar.