Turaz.az xəbər verir ki, bu gün səhər saatlarında bir qrup kənd sakini Yevlax-Ağcabədi magistralının Qarayusifli kəndi yaxınlığından keçən hissəsində yolu bağlayıb. Həvəskar çəkilişdən göründüyü kimi, onlar Qarabağ kanalının Qarayusifliyə gedən suayrıcının bağlanmasına etiraz ediblər.