CINEMASTERCARD-DA SEVGILILƏR GÜNÜNƏ ÖZƏL ” BRIDCIT CONS. OĞLANA HEYRAN” FILMININ PREMYERADAN ÖNCƏ NÜMAYIŞI KEÇIRILIB 

“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Sevgililər Gününə Özəl Britaniyanın “Bridcit Cons. Oğlana heyran” romantik komediyasının premyeradan öncə nümayişi keçirilib.
Film ingilis yazıçısı Helen Fildinqin romanı əsasında çəkilib.
Rejissor Maykl Morrisdir.
Əsas rolları Rene Zellveqer, Kolin Fyort, Çivetel Eciofor, Leo Vudall, Hyu Qrant,
Emma Tompson və başqaları ifa ediblər.
Film haqqında qısaca: Bir neçə il əvvəl Bricit Cons sevimli həyat yoldaşını
itirmişdi – Mark Darsi Sudanda humanitar missiya zamanı həlak olmuşdu.
Həyatına davam etməyə çalışan Bricit işə qayıdır və hətta tanışlıq proqramını
yükləyir. Bu proqram vasitəsilə onun həyatına gənc və yaraşıqlı oğlan daxil olur.
İndi isə tənha ana olaraq Bricit ev, iş və romantik münasibətləri necəsə
birləşdirməli, atasızlıqdan əziyyət çəkən oğlunu dəstəkləməli, həmçinin oğlunun
məktəbindəki ideal anaların qınaqlarına sinə gəlməlidir.
Xüsusi nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr
çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, içtimai xadimlər,
jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
“CineMastercard” kinoteatrının komandası və “Bolşoy Prazdnik” dekorasiya
şirkəti hər bir detalı diqqətlə düşünüblər ki, qonaqlar sevgi və romantika mühitinə
qərq olsunlar.
Ürək formalı şarlar, canlı musiqi, ürək formasında animatorun parlaq obrazı,
romantik kompozisiyalar və “Selfie Room”-dan yaddaqalan fotoşəkillər bu axşam
hər kəsə parlaq və səmimi hisslər bəxş etdi.
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən
son premyeralarla sevindirməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir