DÖVLƏT VƏ MEDİA
2020-ci ilin möhtəşəm Zəfərindən sonra hansısa “görünməz qüvvə” sistemli şəkildə Prezident-Xalq birliyinə hücuma keçdi. İlk hədəf Ali Baş Komandanın əmrini canı-qanı bahasına yerinə yetirən, yaşayış məntəqələrimizin azadlığı raportunu qürurla verən hərbçilərimiz oldu. İrəli gedən Ordunun maaşını “geri” elədilər, Veteranların hüquqlarının təminatı və Prezident təqaüdləri 1 ildən çox gecikdirildi, Qazilərimizin əlillik təyinatında problemlər yaradıldı…
Sonra növbə Prezidentin “mənim köməkçilərim” adlandırdığı media nümayəndələrinə çatdı. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ Müharibəsində döyüş bölgəsindən xəbər verən jurnalist və operatorlara nəinki “Müharibə veteranı” adı verildi, “Arxa cəbhədə iştirakına görə” medalı haqqında da təkliflər olmadı..
44 günlük Vətən müharibəsinin İnformasiya cəbhəsində qələmi və kamerası ilə xidmət edən yüzlərlə media nümayəndəsinin, hərb cəbhəsində isə silahı ilə döyüşən 50-dən çox jurnalist və operatorun fəaliyyəti haqqında Ali Baş Komandana ətraflı məlumatlar çatdırılmadı.
Buna görə də, qardaş ölkəmizin fədakar jurnalisti Fülya xanıma “Bizim qlzdı” deyən Prezidentimiz, jurnalistlərimizin hansısa konkret fəaliyyəti haqqında demək olar ki, heç nə demədi…
Elə həmin qüvvələrin təsiri ilə, 3-cü bina haqqında Prezident sərəncamının dəyişdirilməsinə “müraciət” olundu. Əksəriyyəti Dövlət tərəfindən özləri, valideynləri, övladları,…… ev alan şəxslər əsassız bəhanələrlə bu imkanı illərdir gözü yolda olan jurnalistlərdən almağa çağırış etdilər..
Media nümayəndələrin fərdi və qrup şəklində müraciətlərinin Prezidentə və Birinci Vitse-Prezidentə çatdırılmasında süni əngəllər davam edir. Məsələn, Şəhid Ailəsi üzvü və müharibə iştirakçısı jurnalistlərin Prezidentə məktubu “Xarici Siyasət Şöbəsinə (!) yönləndirildi…
Elə həmin qüvvələr yenə də jurnalistlərin haqq səsinin Prezidentə çatmasına maneə olmağa çalışırlar.
Ümid edirik ki, bu dəfə alınmayacaq..