Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Xankəndi və Xocalıda səyyar müayinələr keçirilib

“Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. İyunun 11-12-si  Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti və tibb bacıları tərəfindən Xankəndi şəhəri və Xocalı rayonunda əhali üçün səyyar müayinələr keçirilib. İkigünlük aksiya çərçivəsində mütəxəssis briqadası tibbi reabilitasiyanın müxtəlif istiqamətləri – nevroloji, artroloji, qastroenteroloji və fizioterapevtik müayinələri keçirib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, dəri-zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb. Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib. Aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir