Əksəriyyətinizin hərbi xidmət keçməməsiylə bağlı iradımız yoxdur, yəqin ki, buna təhsilin xüsusi mərhələlərini keçmək, xəstəliyiniz, ya da başqa üzürlü səbəbiniz vardır. Lakin bu haqq vermir ki, uzun illər hərbi xidmətin şərəfi ilə yanaşı mərhimuyyətlərini görən, geydiyi formanın kəfəni, döyüşün hər saniyəsinin ömrünün son anı ola biləcəyini anlayan, gəncliyinin necə gəlib keçdiyini bilməyən, müharibənin dəhşətlərini və izlərini bədənində və ruhunda daşıyan insanlara görməzlikdən gələsiniz!
Bəlkə altşüurunuzun altında bir yerlərdə belə diqqətsizliklə təsəlli tapmaq beyninizin rahatlıq funksiyalarının təzahürlərindən biridir? Müharibə iştirakçılarının, təqaüdə çıxmış hərbçilərin hansısa fərqli statusa malik olmasını qəbul etmək istəmirsiniz? Axı, Ermənistan və digər dost olmayan ölkələr var olduqca dövlətimizin hərbi təhlükəsizliyin təmini üçün xidmətdə və ehtiyatda olan hərbçilərlə maddi və mənəvi dəyərləndirilməsində biganələliyin mənfi nəticələri qaçınılmazdır!
Unutmayın ki, hərbi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Ölkənin hərbi təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi isə həm də hərbi sahənin vaxtında və yetərincə maliyyələşdirilməsindən, ölkənin hərbi quruculuğunun və hərbi təşkilatının idarə edilməsinin səmərəli sisteminin yaradılmasından asılıdır. Elmi ədəbiyyatda hərbi təhlükəsizliyin əsas dörd tərkib hissəsindən birinin mənəvi-psixoloji komponent olduğu bildirilir. Bu tərkib hissəsi insanların, cəmiyyətin, silahlı strukturların şəxsi heyətinin hərbi təhlükəsizliyin təmin edilməsinə şüurlu münasibət göstərməsinin ölçülərini nəzərdə tutur və konkret tələblərindən biri də “Hərbi qulluqçuların hüquq və səlahiyyətlərini özündə birləşdirən statusu, onların dövlət və cəmiyyətdə nüfuz və vəziyyəti” dir.
Yəni, xidmətdə və təqaüddə olan hərbi qulluqçuların maddi təminatında süni əngəllərin yaradılması bu kateqoriayaya aid insanların incikliklərinə, sosial qayğıdan kənarda qaldığqlarını düşünmələrinə rəvac vermis olur! Hərbi siyasətin əsas vasitələrindən biri olan silahlı qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyətinə qarşı sosial qayğı dövrün tələbidir. Bu qayğıya riayət olunmaması da hərbi siyasətin uğursuzluğuna yol aça biləcək ciddi məsələdir.
Bəlkə aranızda fransalı filosof Jan Boden kimi düşünərək, müharibənin baş verməsinin səbəblərini hərbçilərdə axtarmağa çalışanlar da var? Lakin elə həmin Boden müharibənin aparılması ilə də hərbçilərin məşğul olması daha yaxşı olduğunu deyir. Klauzevitsin fikrincə, müharibə yalnız siyasi akt deyil, həm də siyasətin əsil silahıdır. Silahı nə qədər texnolji inkişafa uyğun hazırlansa da, onu tutan əllər, istifadəçiləri hərbi qulluqçulardır.
Orduda hərbi ruhun yüksəldilməsinin bəzi yollarını XIX əsr dünya hərbi-elmi fikrinin zirvəsini təşkil edən Henri Jomini təklif edib. Onun fikrincə, ilk növbədə dövlətə hərbi xidmət etmiş şəxslər inzibati vəzifələrə təyinat zaman üstünlüyə malik olmalıdırlar. Jomini hətta məsləhət bilirdi ki, ən azı kapitan rütbəsinə qədər yüksələnlər xidmətdən sonra əsas inzibati vəzifələri tutmağa namizəd olsunlar. Onda ordunun cəmiyyətdə hörməti bir qədər də artardı. Bu məsələ ilə bağlı da Roma tarixinə müraciət edən müəllif qeyd edirdi ki, müxtəlif ictimai vəzifələrə təyinat hüququ almaq üçün romalılar 10 il müddətində hərbi xidmət keçməli olurdular. Bu da bütün cəmiyyətdə hərbi ruhun yüksəldilməsinə bir zəmin yaradırdı.Lakin, ehtiyatda olan hərbçilərin, o cümlədən zabitlərin müxtəlif nazirliklərdə və digər qurumlarda vəzifə davası etmək niyyəti yoxdur. Heç olmasa, müxtəlif məmurlar təqaüd və digər sosial qayğı elementlərinə problem yaratmasınlar!
“Qabusnamə” əsərində də belə bir fikir qabarıq şəkildə ifadə edilmişdir ki, hakimlər və dövlət rəhbərləri qoşunların təşkilinə və onların qayğısına xüsusi fikir verməlidirlər. Bununla bağlı “Qabusnamədə” xeyli maraqlı təkliflər və məsləhətlər mövcuddur. Məsələn, bildirilir ki, dövlət qoşunların təchizində heç nəyi əsirgəməsin və korluq çəkməsinə imkan verməsin. “Həmişə ordunu ürəyi şad saxla. İstəyirsən canlarını səndən əsirgəməsinlər, çörəyini onlardan əsirgəmə”.Əmir Teymur müharibə aparılmasına həmişə hazırlıq aparılmasını tövsiyə edirdi. Ümumən öz vəsiyyətlərində Əmir Teymur hərbçilərin, qoşun rəhbərlərinin maliyyə təminatının vaxtında həll edilməsi ilə bağlı çoxlu tövsiyələr vermişdir. O şübhə etmirdi ki, qoşunların döyüşkənliyinə, daimi hazırlığına nail olmaq üçün hərbçilərin maaşları vaxtında verilməlidir.
Hərbi siyasətin reallığına biganə münasibət sözsüz ki, hərbi uğursuzluğa zəmin yarada bilər. Nəzərə alınmalıdır ki, dəyişən təhlükəsilzik mühiti müxtəlif vaxtlarda, o cümlədən postmüharibə dövründə müxtəif reallıqları yaradır. Bir tarixi şərait üçün real olan məqsəd və planlar digər bir şəraitdə lazımi tələblərə cavab verməz. Ona görə də sitausiyaların qiymətləndirilməsində reallıqdan uzaqlaşmaq əks nəticələrə yol açır. Bugünkü reallıq isə hərbçilərin, o cümlədən təqaüddə və ehtiyatda olanların maddi-mənəvi dəyərləndirilməsinin daim diqqətdə saxlanılmasıdır.
Müharibə qanunları zamana və məkana görə dəyişməz qanunlardır. Bu qanunlar müharibələrin meydana gəldiyi gündən başlayaraq müasir günlərə qədər eyni dərəcədə obyektivdirlər və eyni təsir gücünə malikdirlər. Onlardan biri də “Müharibənin gedişinin və başa çatdırılmasının vuruşan tərəflərin ictimai, mənəvi-siyasi gücünün və imkanlarının nisbətindən asılılığı qanunu”dur.Bu qanun müharibə edən tərəflərin dövlətinin, xalqının, hərbi qüvvələrinin iradəsini, müharibə aparılmasına mənəvi hazırlıq səviyyəsini, müharibənin aparılmasına səfərbər olma imkanlarını, müharibənin aparılmasına dəstəyini əks etdirir. Çünki müharibənin başlanması və aparılması ümumxalq məqsədlərinə cavab verməsə xalqla ordu, xalqla dövlət arasında yadlaşmaya səbəb olar ki, bu da son nəticədə müharibənin aparılmasına təsirsiz ötüşməz. Digər mövcud olan hərbi potensialı hərəkətə gətirən və onu zərbə qüvvəsinə çevirən insanlar, döyüşçülərdir. Onların əhval-ruhiyyəsi ilə hərbi potensialın reallaşdırılması səviyyəsi bir biri ilə bir başa bağlıdır.
Hərbi təhlükəsizliyin təmin edilməsi dövlətin qarşısında dayanan mühüm vəzifələrdəndir. Konstitusiyanın hələ preambulasında bildirilir ki, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq Azərbaycan xalqının ali məqsədidir. Bu məqsəd Azərbaycan dövlətinin və onun rəhbəri olan Azərbaycan Respublikasının Prezidentinin də qarşısında dayanan başlıca vəzifədir. Konstitusiyanın 8-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Bu vəzifənin hərbi aspektlərinin həlli üçün başlıca vasitə respublikanın Silahlı Qüvvələridir ki, onun yaradılması da respublika Konstitusiyasında öz əksini tapmışdır. “Müdafiə haqqında” Azərbaycan Respublikasının 5-ci maddəsində də Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olması bəyan edilir.
Ali baş komandanlıq ölkədə hərbi idarəetmənin ən ali orqanıdır. 44 günlük müharibəyə və oan qədər olan ordu quruculuğu Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və hərbi-siyasi idarəçiliyin formalaşdırılmasının və onun praktiki fəaliyyətinin səmərəliliyi və keyfiyyətini bütün dünyaya sübut etdi!Biz inanınırıq ki, müxtəlif maliyyə və sosaial qurumlarının hərbçilərə adekvat münasiəbət göstərməməsi haqqında müraciətlərimizə Ali Baş Komandanımız biganə qalmayacaqdır.Bir daha bəyan etmək istəyirik ki, biz ehtiyatda olsaq da, hər an vətənin müdafiəsi, ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində Müzəffər Ali Baş Komandanın qarşıya qoyduğu konkret vəzifələrin icrasına hazırıq!
Ehtiyatda olan zabitlər, 15 yanvar
tamamilə əsaslı mülahizələrdir, doğru buyurursunuz. Bizim xalq mərd, cəsur, döyüşkən xalqdır, lakin dövlətin məmur sistemi 90% rüşvət pulları ilə, haram çörəklə böyümüş ləyaqətsiz insancıqlardır. Ona görə də vaxt gələcək bu xalq onları tarix səhnəsindən yox edib ayaqları altına atacaq
Nəticə olaraq: qısa və konkret Azərbaycan respublikasının hakimiyyəti, məmurlar və eləcə də bütün ölkə vətəndaşları bilməli və anlamalıdırlar ki, müharibə bitməyib və münaqişə zəminində olan bu müharibə Azərbaycan respublikasının sərhədlərinin hüdudları daxilindədir.
Qeyd olunanlarla tam raziyam
Sizlerle !..
SÜLH isteyirikse,DŐYÜŞE hzır
olmaliyıq !..
Roma da, güc strukturlarından
teqaüde çıxanlari, Inzibati işlerle
temin edirler !….Özüde xahişle.
…………….,. ..
Azərbaycan Qarabağ Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyin Tərtər Rayon filialı adından
Müəllifə təşəkkür edirik. Bəli,çox düz buyurursunuz və ürəyimizdən keçənləri qeyd etmisiniz. Təşəkkür edirik!
Bir atalar sözü var bağda ərik var idi salamməlik var idi, bağda ərik qurtardı salamməlekdə qurtardı. Bizim ölkənin bəzi məmurları ehtiyata və istefaya çıxmış təqaüdçü hərbi qulluqçuların aldığı təqaüdü israfçılıq sayır. Onların fikirincə bizə vaxtından qabaq və yüksək təqaüd verlir. Amma onu başa düşmürlər ki, biz orduda xidmət zamanı bütün çətinliklərə dözərək, sinə gərərək vətənimizə onun xalqına xidmət edmişük. Orduda xidmət edən hərbi qulluqçular vətənini xalqını sevən insanlardı. Kimsə orduda qazanc üçün xidmət edmir. Orduda xidmətin dəyərini pulla ölçmək olmaz. Ona heç bir verilən pul çatmaz. Bizim üçün xidmət zamanı ən çətini ailələrmizdən ayrı düşmək və ailə problemlərmizi həll etmək idi. Bizim ailə problemlərmizə atamız, anamız, qardaşmız, qaynata yada qayınmız kömək edib. Siz öznüz fikirləşin ilin 365 gününün cəmi 35, 40 gününü ailənizin yanında olursunuz. Xidmət etdiymiz yerlər səngərlər yaxşı halda çöllüklər insan yaşamayan yerlər olmuşdur. Hansı verilən pul və ya məvacib bunu ödyə bilər. Amma hansısa nazir və ya nazirliyi işçisi mədəni geynmiş, rahat otağda, bahalı avtomobildə, heç bir şəxsi problemi olmayan hörmətidə bizlərdən çox insanlar hərbi qulluqçulardan 4, 5 dəfə çox maaş alır. Heç onların o, maaşa ehtiyacıda yoxdur. İsrafçılıq budu. Mən yuxarıda hörmətdə bizdən çox ona görə yazmışam ki, bizdə vəzifəyə hörmət edirlər. Hamı dildə hərbçilərmizə canmız qurban deyir amma əmələ gələndə bunu etmirlər, bizləri aldadmaq istəyirlər. Bilmirlər necə etsinlər ki, pensiyanı artırmasınlar. Bir şeydə olan kimi deyirlər Ali baş komandanın əmri belədir. Heç bir prezdent nəinki prezdent nazirlərdə, hətda xidmətdə olan hərbi hissə komandirləridə belə, əmir və sərəncamları özləri tək başna hazırlamır. Hər bir hərbi qulluqçu təqaüd vaxtını gözləyir. Gözləyir ki, təqaüdə çıxıb dincələcəm, ailəm ilə xoş vaxt keçirəcəm, dostlarla görüşə biləcəm. Bunun üçün səbr, dözüm və iradə lazımdır. Allah bozim nazirlərə insaf versin.
Siz təmamilə haqlısınız, allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, qazilərlə və müharibə iştirakçıları ilə bağlı bu günkü durum çox acınacaqlıdır, təqaüdləri düzgün qiymətləndirilmir, süründürməciliklə üzləşirlər, təqaüdləri kəsilir, təzyiq və təhqirə məruz qalırlar. Belə halları görən gənc nəsildə Hərbiyə, hərb sənətinə inamsızlıq yaranır, ordu nüfuzdan salınır.
Salam hərbi qulluqçuların maaşları hər 2-3 ildə 1 dəfə 15-20% qaldırılır ortalama hər ilə 8-9% düşür necə olur ki təqaüddə olan hərbi qulluqçuların təqaüdləri ümumiyətlə qaldırılmır və bütün ərzaq komunal haqları və digər malların qiymətində artım 30-40% olur belə çıxırki itirdiyimiz 20 % zi biz qarşılamalıyıq onu bilirəmki kimlərsə dövlətin əlehinə nələrisə etmək istiyir az az insanların fikirini çevirirlər 🤔
Düz yazılıb…