Qarabağ Qaziləri İctimai Birliyi Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndələrini II Qarabağ müharibəsinin informasiya cəbhəsində xidmətlərinə görə “Fəxri Fərman”la təltif edib.
Birliyin Quzanlı qəsəbəsində yerləşən Ağdam şöbəsində jurnalist və operatorlarla görüşən Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazanaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etməsindən danışıb. Bildirilib ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşdi, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Azərbaycan həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. Xüsuslilə də, Qarabağ bölgəsində uzun illərdir ki, fəliyyət göstərən media nümayəndələri də atəşkəs dövründə, Aprel döyüşlərində olduğu kimi II Qarabağ müharibəsində də çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Məlumat verildi ki, Qarabağ Qaziləri İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə səmərəli fəaliyyətə görə Şöhrət Eyvazov, Şamxal Adıgözəlov, Habil Aslanoğlu, Elnur Əkbərov, Tahir Ağamməmədov, Pərviz Səlimli, Elgün Gəncimsoy, Daşqın Abdullayev, Elgün Qənbərov, Vüsal Quiyev, Loğman İsmayılov, Elmin İsfəndiyarov, Ziya İsmayılov, Vicay Vəliyev və Ramin Mehdi “Fəxri fərmanla təltif ediliblər.
Qarabağ Media Assosiasiyasının sədri Şöhrət Eyvazov Qarabağda fəaliyyət göstərən media nümayəndələrinə göstərdiyi diqqətə görə Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev və www.qaziler.az saytının rəhbəri Rey Kərimoğluna təşəkkür edib. Bildirilib ki, Qarabağ üzrə bölgə müxbirləri xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalar, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlandırmaqda davam edərək informasiya təhlükəsizliyinin prinsiplərinə əməl edirlər.