“Uşaqların Gələcəyi Naminə” təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsinə yekun vurulub.
Bu barədə hüquqşünas Könül Quliyeva məlumat verib.
O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin Valdayda qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrilib.
Müsabiqənin yekunlarına əsasən, I yerə 24 balla “Vətən müharibəsində nidalar durğu işarəsindən vətənpərvərliyimizin ifadəsinə çevrildi!” məqaləsi ilə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının 7c sinif şagirdi Mustafa Səməd oğlu Vəkiloğlu, II yerə 22 balla “Nidanı yaradanlar” məqaləsi ilə Bakı Avropa Liseyinin IX sinif şagirdi Mömünəxatın Tahir qızı Məmmədova, III yerə 21 balla “Mənim vətənimi xilas edən nida” məqaləsi ilə Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8d sinif şagirdi Ayxan Xalid oğlu Kazımov layiq görülüb.
Beyləqan şəhəri Təbiət və humanitar fənlər təmayüllü liseyin 5b sinif şagirdi Ayxan Əliyev isə “Nidanın gücü” məqaləsinə görə həvəsləndirici mükafatla təltif edilib. Kult.az