Qarabağ Dirçəliş Fonduna bütün vətəndaşlar öz tövhələrini verə biləcəklər.

Qarabağ Dirçəliş fonduna bütün vətəndaşlar öz töhfələrini verə biləcəklər. Bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım bildirib. O, açıqlamasında Fondun əsas məqsədinin azad edilmiş ərazilərdə infrastrukturun qurulması olduğunu vurğulayıb:

“Artıq bu işlər başlanılıbdır. Cənab prezidentin müvafiq qurumlara tapşırığı əsasında yollar çəkilir. Digər sahələr üzrə işlər aparılmağa başlanılıbdır. Fondun əsas məqsədi bütün bu görülən işlərə rəhbərlik etmək və nəzarət edilməsidir. Çox sevindirici haldır ki, bizim bu fondda həm hüquqi şəxslər, həm fiziki şəxslər, bütün vətəndaşlar öz töhfələrini verəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir