Qurban bayramında türkiyəli həkimlər Qarabağı ziyarət ediblər

Müsəlmanların mənəvi birlik rəmzi olan Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Ağdamda da qeyd edilib. Qurbanlıq heyvanların kəsilməsi rayonun Quzanlı qəsəbəsində yeni fəaliyyətə başlayan  müasir tipli ət kəsim məntəqəsində həayat keçirilib.  Bayram günlərdə əhalinin təhlükəsiz ət məhsulları ilə təmin edilməsi məqsədiylə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları digər məntələrrdə olduğu kimi burda qida təhlükəsizliyi sahəsində maarifləndirilmə və nəzarət fəaliyyəti aparıblar.

kesim 1 - Qurban bayramında türkiyəli həkimlər Qarabağı ziyarət ediblər

Bayram günlərində şahid və qazi ailərinin, eləcə də  sosial dəstəyə ehtiyacı digər vətəndaşalrın Bayram sovqatıyla təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. Ət kəsim məntəqəsində bayram aksiyası keçirən təşkilatlardan biri də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin  təşkilatçılığı ilə ölkəmizə gələn Türkiyə Millətçi Həkimlər dərnəyi olub. 

Bildirilib ki, artıq 5 ildən çoxdur ki, türkiyəli həkimlər Azərbaycanı əlamətdar günlərdə ziyarət edirlər. Dərnəyin təmsilçiləri  Müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək bayramı burada keçirməyindən məmnunluğunu bildiriblər. Bayram bağlamaları əsasən şəhid ailələri, qazilər, məcburi köçkünlər, aztəminatlı ailələr və kimsəsiz insanlara paylanıb.

.jpg - Qurban bayramında türkiyəli həkimlər Qarabağı ziyarət ediblər

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin  sədri Emin  Həsənli bu cür aksiyaların hər il ardıcıl olaraq keçirildiyini bildirib. “Əsasən Ağdam, Tərtər, Bərdə,  Ağcabədi, Füzuli – bu bölgələrdə şəhis ailələri, qazilər üçün, enyi zmanda hərbçilərimiz üçün, aztəminatlı ailələrimiz üçün Qurban payı paylanlır. Türkiyənin hərbi yönümlü təşkilatları, həmdə Türkyənin həkimlər dərnəyi müharibədə də Türkiyə dövləti kimi, 84 milyonluq Türk xalqı kimi, başda Rəcəb Tayib Ərdoğan olmaqla Azərbaycana mənəvi dəstək veribdilər”.

akber Uysal - Qurban bayramında türkiyəli həkimlər Qarabağı ziyarət ediblər

Türkiyə Millətçi Həkimlər dərnəyinin üzvü Ömər Akber Uysal  Azərbaycana səfərlərinin 2017-ci ildən başladığını bildirib və  Qarabağda özlərinin qürbətdə hiss etmədiklərindən və II Qarabağ mühasirbəsində Azərbaycanın yanında olmaqdan qürur duyduqlarından söz açıb. “Azərbaycan Türkiyə dostluğunun daha artması üçün “Bir millət, iki dövlət” şüarıyla çalışırıq.  I Və II Vətən müharibəsində şəhid olanların ailələrinin yad etmək bizim də borcumuzdur.”

senan Nur Yetkin - Qurban bayramında türkiyəli həkimlər Qarabağı ziyarət ediblər

Türkiyə Millətçi Həkimlər dərnəyinin digər üzvü Sənan Nur Yetkin  səfərlərin davamlı olmasından danışıb:  “Qurbanlarımızı 5 ildir ki, burda kəsirik, savaşdan öncə də burdaydıq.   Allaha şükür, Qarabağ Zəfərindən sonra da burdayıq. 5 ildir əsasən  şəhid, qazi yaxınalrına bayram payı çatdırmağa çalışırıq.  Azərbaycandakı bütün insanların bayramını təbrik edirik”

- Qurban bayramında türkiyəli həkimlər Qarabağı ziyarət ediblər

Aksiya təşkilatçıları növbəti Qurban bayramını yenidən qurulmaqda olan Ağdam şəhərində  keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir