Sadri Maksudi Arsal Türk dünyasının ən parlaq ziyalılarından biri, böyük dövlət adamı hüquq və fəlsəfi fikir tarixinin ən ciddi araşdırmaçılarından biridir.
1917-ci ildə Ufada qurulan Millî Hökümətin Parlamentinin sədri olmuş bir dövlət adamı, siyasi xadimdir. Bolşeviklər tərəfindən mili hökümət yıxıldıqdan sonra Qərbi Avropaya getmiş Türkiyə Cümhuriyyəti qurulan zaman Mustafa Kamal Atatürk tərəfindən Türkiyəyə dəvət edilmişdir.Türkiyədə türkçülüyün təməllərini qoyanlardan sayılır. Türkiyyə Cumhuriyətin ilk hüquq fakultəsi olan Ankara hüquq fakultəsinin yaradıcılarındandır. Türk Dil Qurumu və Türk Tarix Qurumu kimi önəmli təşkilatların qurulmasında böyük xidmətləri olmuşdur.
O, 23 iyul 1878-ci il tarixdə Tataristan paytaxtı Kazan ətrafında Daşsu kəndində doğulmuşdur. Atası kəndin imamı Molla Nizamddin, anası isə Məftunə xanımdır.
İlk təhsilini kəndə aldıqdan sonra 1888-ci ildə Kazanda məhşur Əlamiyyə Mədrəsəsində davam etdirmişdir. Sonra həmin mədrəsədə müəllimlik edən böyük qardaşı Əhməd Hadi Maksudidəndə dərs almışdır.Onun formalaşmasında həmin illərdə Kazanın sayılan pedoqoqlarından və cədidçilərdən sayılan böyük qardaşının rolu əvvəsiz olmuşdur.
1895-ci ildə Baxxçaraydakı Zincirli Mədrəsəsinə dərs deməyə dəvət edilən böyük qardaşı Əhməd Hadi Maksudi ilə birlikdə Baxçasaraya getmişdir. Həmin Mədrəsədə dərs deyən böyük mütəffəkir sonradan “mənəvi ata” adlandırdığı İsmayıl Qaspralı ilə tanış olmuşdur. Bağçarayda keçirdiyi 1895-1896-cı illərədə Zincirli Mədrəsəsində dərslərdə oturmaqla rus dili öyrənmişdir. 1897-ci ildə Rus Müəllimlər məktəbinə qəbul olunmuşdur. Maksudinin bu məktəbdə oxuması birmənalı qarşılanmamamış onun burada ruslaşma təhlükəsi olması söylənilmişdir. İlk hekâyesini 1900-cu ildə çap edilmişdir. Həmin ildə “Məişət” adlı romanı Kazanda çap edilmişdir. Romanı yazmaqda məqsədi “Tatar dilinin milli ədəbiyyat örnəklərinin inkişaf edirilməsi” olmuşdur..
1901-ci ildə Rus Müəllimlər məktəbini bitirdikdən sonra qardaşı Hadi Maksudinin tövsiyyəsi ilə təhsilini İstanbulda davam etdirilməsi məsləhət olunmuişdur. Lakin uşaqlıq illərəindən sevə sevə oxuduğu klassik rus yazıçısı Lev Tolstoyla görüşüb tanış olmadan Rusiyanı tərk etmək istəməmişdir. 1901-ci ilin yazında Yasnaya Polyanaya gedərək 73 yaşında olan Lev Tolstoyu evində ziyarət edərək saatlarla söhbət etmişdir. Sədri Maksudini çox bəyənən mütəffəkir yazıçı Lev Tolstoy onu “Ağıllı Tatar uşağı” adlandırmışdır. Sədri Maksudi, İstanbula gedərkən Kırımda yaşayan İsmayıl Qasparlı ilədə görüşmüşdür. İsmail Qaspıralı Maksudiyə daha müasir təhsil almaq üçün Parisə getməyə razı salmışdır. Gənc Sədri Maksudi Qasparlının tövsiyyəsi ilə Parisə getmədən öncə İstanbula getdi. İstanbul səfəri sırasında məhşur türk yazıçı və publisisti Əhməd Mithət Əəfəndi ilə tanış olmuşdur yazıçı da Maksudiyə Parisə getməyi tövsiyyə etmişdir.
Beləliklə Parisə gələn Maksudi bir il fransız və latın dili hazırlıq kursu keçdikdən sonra 1902-ci ildə Sarbona Universitetinin hüquq fakultəsinə qəbul olunmuşdur. Eyni zamanda “Paris ədəbiyyat fakultəsində” və “College de France”‘da da bir çox dərslərə qatıldı. Sədri Mkasudi 1906-cı ildə ali təhsilini başa vurub Rusiyaya qayıtdıqdan sonra siyasətlə maraqlanmağa başladı və Kazandan Rusiya Parlament Dumasına üzv seçildi. II. Duma qısa bir zamanda buraxıldıqdan sonra III Dumaya seçildi. Dumada Rusiyada yaşayan türklərin problemlərini qaldırdı. Dumada təsirli çıxışları ilə diqqəti cəlb edən Maksudi Dumanın Reyasət heyətinə seçilmiş və 1909-cu ildə İngiltərəyə gedən parlament heyətinə daxil edilmişdi. Bu səfər nəticəsində Kazanda “İngiltərəyə Səyahət” adlı kitab çap elədridi. 1911-ci ildə Kamilə xanımla evləndi bu evlilikdən Adilə və Nailə adında iki qızı dünyay gəlmişdi. 1913-cü ildən vəkillik fəaliyyətinə başlamışdır.
Sədri Maksudi 1917-ci ildə Rusiya Müsəlmanlarının qurultayında “Milli mədəni muxtariyyat” layihəsini qəbul elətdirdi. 1917-ci ildə Ufada Rusiya tərkibində elan edilən “Sibir Milli-Mədəni Türk-Tatar Muxtariyyatı” adlı qurumun Konstitusiyasını hazırladı. Adıçəkilən muxtariyyatın 1917-ci ildə qurulan “Milli Məclisə” sədr seçildi. Dövlət işlərini idarə etmək üçün qurulan və üç nazirlikdən ibarət olan “ Milli Məclis”ə həmiçinin nazir vəzifəsinidə həyat keçirmişdir. Gələcəkdə müstəqil İdil Ural Dövlətinə çevrilməsi nəzərədə tutulan bu dövlət Çar Rusiyası tərəfindən dağıdıldı. Bundan sonra o tanınmış yazıçı və din adamı Musa Cərullahın köməkliyi ilə Filandiyaya qaçmışdır. 1919-cu ildə Parisə gələn Maksudi I. Dünya Müharibəsi qutardıqdan sonra 1920-ci ildə toplanan Paris Sülh Konfransında Rusya Avropası müsəlmanları hüquqlarına dair memorandum təqdim etmişdir.
1922-ci ildə ailəsi ilə birlikdə Berlinə köçərək siyasətdən uzaqlaşmış və elmi araşdırmalara başlamışdır. 1923-cü ildə Berlindən Parisə köçmüş Sorbon Üniversitetinin Ədəbiyyat fakultəsi nəzdində İslam Ölkələri İnstitunda türk-tatar millətlərinin tarixindən dəsr demişdir.
24 noyabr 1924-cü il Çanahkalada Qazi Mustafa Kamal Atatürklə tanış oldu. Qurulan Türkiyə Cümhuriyyətində vəzifə təklifi qəbul etmişdir.1925-ci il tarixdən Türkiyədə Cümhuriyyətinin paytaxtı Ankarada Maarif Vəkalətinə bağlı Telif və Tərcümə Heyəti üzvülüyünə qəbul edildi. Bu heyət dağıldıqdan sonra Ankara Hüquq Məktəbinin qurulmasında iştirak etdi. Uuzn illər bu qurumda dərs dedi.
1928-ci il tarixində Sədri Maksudi Milliyət qəzetində “Dil islahatı məsələsi” başlığı adı altında çap etdirdiyi yazılarını 1930-cu il tarixdə kitab şəkilində çap etdirərək Türkiyə Prezidenti Mustafa Kamal Atatürkə təqdim etmişdir. Mustafa Kamalın ön söz yazdığı Türk Dili Üçün adlı əsəri isə sonra Türk Dili Qurumunun təlimatına çevrilmişdir. Məlum olduğu kimi həmin qurumun formalaşmasında Sədri Maksudinin rolu böyük olmuşdur.
Türk Ocaqlarının 27 aprel 1930-cu il tarixidə VI Qurultayında etdiyi çıxışla yaradılmasını təkilif etmiş sonradan Türk Tarixi Tədqiq Cəmiyyəti adıyla fəaliyyətə başlamışdır. Sonradan “Tarix Qurumu” adını alan qurumun yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Sözügedən “ “Türk Hukuk Tarihi”’ adlı əsərində geniş şəkildə istifadə edilmişdir. Sədri Maksudi Türkiyədə soyad qanunu qəbul edildikdən sonra Arsal soyadı qəbul etmişdir.
Mustafa Kamal Atatürk tərəfindən millət vəkkiliyinə namizədliyi irəli sürülən Sədri Maksudi 1931-1935 arasında Şebinkarahisar, 1931-1935 arasında Giresun şəhərindən millət vəkili seçilmişdir. 1935-ci ildə siyasətdən gedən Sədri Maksudi elmi araşdırmalarla məşğul olmuşdur. 1950-ci il tarixdə yenidən siyasətə qayıdaraq Demokrat Partiyasından Ankara millət vəkili seçilmişdir.
Sədri Maksudi hüquq tarixinə dair “Hukukun Umumi Esasları” (1937), “Hukuk Tarihi Dersleri” (1938), “Umumi Hukuk Tarihi”(1941), “Hukuk Felsefesi Tarihi” (1946) ve “Türk Tarihi ve Hukuk” (1947) adlı əsərləri ilə türk hüquq tarixinə tövhələr vermişdir. Türkiyedə hüquq elmi sahəsində xüsusi ilə türk hüquq tarixinə aid dərsliyin müəllifidir.
1955-ci il tarixdə çap olunan “Milliyet Duygusunun Sosyolojik Esasları” adlı əsəri ilə türk milliyətçiliyinə və dövlətçiliyinə böyül tövhələr vermişdir.
20 fevral 1957-ci ildə dünyasını dəyişən Sədri Maksudi İstanbul Zincirliquyu qəbristanlığında dəfn edilmişdir. Qızı Adilə Ayda qələmə aldığı “ Maksudi Arsal” əsəri onu həyatına həsr edilmişdir.
Tədqiqatçı hüquqşünas,
Səməd Vəkilov