“Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Turaz.az saytına açıqlamasında AzərbaycanRespublikası Prezdentinin sərəncamı ilə jurnalistlər üçün tikilən 3-cü binanın təyinatının dəyişdirilməsinə ehtiyac görülmədiyini bildirib: – “Yenə də deyirəm, 2 il əvvəlki sözümü yenə də təkrarlayıram ki, o bina sizin olmalıdır, sizin haqqınızdır. Sizlərin əziyyətiniz var, illərdir uşaqlarınız zülmlü şəraitdə yaşıyırsınız, gözləyirsiniz. Mən elə düşünürəm yenə də. Şükür Azərbaycan dövlətinin gücü çatır ki, bütün şəhid ailələrini evlə təmin etsin”.
“Murov Qartalı” Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova şəhid ailələri ilə media nümayəndələrinin qarşı-qarşıya qoyulmayacağından əminliyini də ifadə edib.
“İnşAllah ki, əminəm ki, hamımız məqsədimizə çatarıq, həm şəhid ailəri evlə təmin olunar, həm də sizlərin əziyyəti yerdə qalmaz”
Xatırladaq ki, Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə media nümayəndələri üçün tikilən binanın tikintisi 2020-ci ildə başa çatsa da mənzillərin bölünməsi nəməlum səbəblərdən baş tutmayıb.
Bir qrup ziyalının binanın təyinatının dəyişdirilməsiylə bağlı müraciəti isə cəmiyyətin əksər üzvləri, o cümlədən şəhid ailələri tətəfindən müsbət qarşılanmayıb. Turaz.az