Turan İbrahimov: “Məhsuldar komandanın rəhbəri olduğum üçün çox şadam

“Bu kiçik amma çevik komandayla həftəiçi altı gün azərbaycanca, həftəiçi beş gün isə rusca “Qərbi Azərbaycan Xronikasını” təqdim edirik. İngiliscə altyazı əksər kontentlərimizdə mütləq var. Həmçinin Qərbi Azərbaycan Departamenti nəzdində erməni redaksiysı da fəaliyyət göstərir ki, gündəlik 4-5 ermənicə süjet və 1 ermənicə xəbər buraxılışı “Baku TV internatsional” kanalında yayımlanır”.
Medianews.az xəbər verir ki, bu barədə “Baku TV”-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri Turan İbrahimov sosial şəbəkədə məlumat yayıb
Tanınmış telejurnalist kollektivin fotosunu da paylaşıb. O, 10-12 nəfərlik məhsuldar bir komandaya rəhbərlik etməsindən məmnunluq duyduğunu vurğulayıb: “Qeyd etdiklərimlə yanaşı, “Baku TV”də alternativ xəbər blokumuz hər 30 dəqiqədən bir efirə çıxır, şərti olaraq “Reels” dediyimiz format tətbiq olunur. Gündəlik, aparıcılı və ya aparıcısız 7-8 material da bunlar edir. Fotoda olan və olmayan 10-12 nəfərlik belə bir məhsuldar komandanın rəhbəri olduğum üçün çox şadam”.
Ərtürk İSMAYIL

Screenshot 20240206 184038 Facebook - Turan İbrahimov: “Məhsuldar komandanın rəhbəri olduğum üçün çox şadam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir