“Türkiyə Azərbaycan qardaşılığının dünəni, bu günü və sabahından söz açmaq, strateji planda isə bütün türk dövlətlərini – gələcəyin “Turan Birliyi”ni ən azından mənəvi baxımdan əhatə etmək istəyirik. Saytın 15 sentyabrda istifadəyə başlaması təsadüfi deyil. 102 il bundan əvvəl Qafqaz İslam ordusunun Bakını isğaldan azad edilməsinə ithaf edirik “.
Saytın təsisçisi Şöhrət Eyvazov Türkiyə-Azərbaycan qardaşlığının tarixində yeni mərhələnin başlamasını da vurğulayıb. “Bu qardaşlığ həmişə olub. Çanaqqala savaşında azərbaycanlıların iştirakında, Şamaxı döyüşlərində türk qardaşlarımızın şəhidlik zirvəsinə ucalmasında, Nəriman Nərimanovun Türkiyəyə köməyi “əvəzsiz qardaşlıq payı” adlandırmasında, Atatürkün “Azərbaycanın sevinci öz sevincimiz, kədəri isə öz kədərimzidir”, Heydər Əliyevin “Bir millət iki dövlətik” deməsində sübut olunub.
Bu gün isə Türkiyə Prezidentinin “Qarabağ probleminin öz dövlətinin problemi hesab etməsi” və nəhayət Azərbaycan prezdentinin iki qardaş ölkə arasında əməkdaşlığının daha da güclənəcəyinə inamını ifadə etməsində özünü bariz şəkildə göstərir.
Təsadüfü deyil ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda birgə həyata keçiridiyi genişmiqyaslı “TurAz Qartalı-2020” təlimləri haqqında Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında belə deyilib: “Türkə yuvadır göydə buludlar, Vətənə zirehdir sərhəddə qartallar, Bayrağın əbədi dalğalanacağını təsdiqlər, Bir-birinə söykənən uca dağlar – Azərbaycan-Türkiyə”.
Saytda Azərbaycan və Türkiyənin gündəmində olan əsas mövzularla yanaşı, ortaq problemlər, hərbi və digər sahələrdə əməkdaşlığa aid araşdırmalar da yer alacaq.
Qeyd edək ki, TurAz.info saytının təsisçisi Şöhrət Eyvazov 1996-1998-ci illərdə Türkiyə Cumhuriyyətində hərbi ixtisasartırma kurslarında iştirak edib və mütamadi olaraq mətbuatda müfaviq mövzularla bağlı yazılarla çıxış edir.