2 il əvvəl uğurla həyata keçirilən “Üç nöqtə” əməliyyatı Azərbaycan-İran və Azərbaycan-Ermənistan dövlət sərhədlərinin kəsişdiyi ərazilərdə keçrildiyi üçün belə adlandırılıb.
Xudafərin körpüsünün azad eilməsindən sonra əsas məqsəd Azərbaycan-İran dövlət sərhədinin tam bərpa olunmsı idi. Bu baxımdan Arazçayı boyunca hərəkət daha əlverişli idi. Lakin meydana çıxan bəzi məqamlar planda dəyişiklər edilməsinə zərurəti yaratdı.
General-mayor Misir Əliyev 44 günlük Vətən müharibəsində Ağbənd sərhəd zastavasının azad olunmasını Ali Baş Komandana məruzə edib. O günləri qürurla xatırlayan Dövlət Sərhəd Xidmətinin zabiti bu məqama aydınlıq gətirir:
“Arazçayı boyu düzənlik baxımından və düşmən qüvvələriylə rastıaşdıqda məhv etməyimiz baxımından Arazçayı boyu hərəkət etdik. Lakin Arazçayı boyu İranda yaşayan soydaşlarımızın bizə göstərdiyi diqqət, qayğı və sevinc hisləri bizlərdə nə qədər qürur yaratsada yerimizin düşmən tərəfindən bəlli olması, aşkar olması təhlükısi var idi. Bu baxından biz Baharlı sərhəd zastafsı istiqamətindən relyef baxımından daha çətin yolnan hərəkət etməyə başladıq”.
Ağbənd zastavasın əhəmiyyəti anlayan düşmən buranı əldən verməmək üçün müxtəlif hazırlıqlar görmüşdü. Düşmən hər şeyi nəzrə alsa da, iki məqamı – Azərbaycan Əsgərinin gücünü və Qələbə əzmini unutmuşdu.
General-mayor Misir Əliyev, DSX-nin zabiti – Tapşırığımızı yerinə yetirmək üçün Ağbənd sərhəd zastavası istiqamətinə hərəkət etdik. Ağbənd istiqamətinə hərəkət etdikdə yuxarıda, sol cinahımızda düşmənin 1 kamerası, 1071 zirvəsində daha bir böyük kameraları var idi. Buda bizim hərəkətlərin izlənməsinə şərait yaradıdrı. Tərəfimdən verilən göstərişlə 1 kamera zərərsizləşdirildi, digər kameranı zərərsizləşdirməyə artıq bizim zamanımz yoxuydu.
Düşmənlə bilavasitə təmasa girilərək, məhv edildi və 6 saat yarım gedən döyüşdən sonra Ağbənd sərhəd zastavası düşməndən tam azad olundu.
Ağbənd sərhəd zastafasının azad edilməsiylə illərdir işğalda qalan Azərbayca-İran sərhədinin 132 kmlik hissəsi də azad olundu və bu həm də Azərbaycan-Ermənistan dövlət sərhədinin bərpası üçün əlverişli şərait yaratdı.
Azərbaycan-İran və Azərbaycan-Ermənistan dövlət sərhədlərinin kəsişdiyi ərazilər olduğu nəzəərə alınaraq əməliyyta “üç nöqtə” adı verilmişdi. Sərhədçilərimizin uğuru ilə yadda qalan əməliyyatın hazırlnanması zamanı bir gün öncədən ərazinin havadan kəşfiyyatı apararaq düşmən haqqında məlumatlar, atəş mövqeləri, canlı qüvvəsi, texnikası təhlil olunaraq müfaviq qərarların qəbul olunması üçün komandanlığa göndərilmişdi. Növbəti gün gecə kiçik çevik qruplar tərədfindən sızma əməliyyatı icra olundu.
Dövlət Sərhəd Xidmətinin digər zabiti general-mayor Aqşin Məhərrəmov düşmənin müqavimət göstərməyə qadir olmadığını vurğulayır:
Artıq düşmən anlıyırdı ki, mübarizə aparmaq mənasızdı. Bölmələrimiz ildırımsürətli hərəkət edirdi, xüsusi təyinatlılarımız zirvələri ard-ardıyca fəht edirdi və bu da düşmənə sarsısıdıcı zərbə idi, düşmən hiss edirdi ki, müavimət göstərmək əsassızdı və geri qaçmağa məcbur olurdular. Bir məqamı da qeyd etmək istəyirəm, hər dəfə düşmən mövqelərini ələ keçirəndə, mövqelərə daxil olurduq. Onların məişət şəraitini, istifadə elədikləri silahları, avadanlıları görürdük – demək olar ki, vaxtı keçmiş, SSRİ dövründən qalmış avadanlıqlar, hətta silahları belə yararsız vəziyyətdə idi.
Əlbətdə, silah və texnikadan daha vacib səgər və zabitlərin mənəvi-psixolji hazırlığıdır. İçdikləri “Hərbi Anda” sadiq qaldıqlarını şəhidhlik zirvəsinə yüksəlmələri ilə sübut edənlər də az olmadı. Əməliyyatın ildönümü ilə əlaqədar əraziyə gələn sərhədçilər şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad etdilər.
Qısa bir zamanda Zəngilanda ən yüksən ərazilər – Bartaz, Sığırt və Vejnəli qızıl yatağı azad olundu.
Kapitan Abdal İbrahimov – Bu tapışıqıların birində Vejnəli qızıl yatağı, Sığırt yüksəkliyi uğrnda mən öz qurupumla hərəkət eləmişəm. Starji mövqelərdə düşmən özü yerləşdiyi üçün həmin silsiləyə hücum etmək çətin olsa da, qoyulmuş tapşırıq layiqincə öhdəsindən gəlindi. Həmən istiqamətlər üzrə hücum edən düşməndən müdafiə olunanaraq, hücuma keçərək onları öz mövqelərindən qovmuşuq.
Bartaz yüksəkliyi düşməndən azad edilsə də, qarşıdakı dağ silsiləsi Ermənistan ordusunun nəzarətində olduğuna görə həmin yerlərə təminat demək olar ki, mümkün deyildi. Qısa müddətdə plan hazırlanaraq, bu ərazilərin azad edilməsi üçün uğurlu əməliyyat keçirildi.
Bu əməliyyat da uğurla nəticələndi. Azərbaycan-Ermənistan sərhəddinin Zəngəzur bölgəsindən keçən hissəsində yüksələn Azərbaycan Bayrağını və dövlət sərhədimizi digər yerlərdə olduğu kimi əsgər və zabitlərimiz göz bəbəyi kimi qoruyurlar.
“Üç nöqtə” əməliyyatı isə yaxın hərb tariximizin uğurlu səhifələrindən biri kimi uzun müddət analiz ediləcəkdir.
Şöhrət Eyvazov
Fotolar Ramin Mehdinindir.