Azərbaycana dəstək məqsədilə İstanbulun rəmzlərindən biri olan tarixi Qalata qülləsi ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb.
“Anadolu”ya istinadən xəbər veririk ki, ölkəmizlə birlik və bərabərliyin nümayişi olan bu təşəbbüs Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.
Xatırladaq ki, Qalata qülləsi tarixi boyu ilk dəfə xarici ölkə olaraq məhz Azərbaycan bayrağının rəngləri ilə bu il 28 May – Respublika Günü münasibətilə işıqlandırılıb.