Dərələyəz folklor və etnoqrafiya sərgisi keçrilib

Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcmasının təşkilatçılığı ilə Bərdə rayonun İmirli kəndində keçirilən Folklor və etnoqrafiq sərgidə icma rəhbəri professor Mahirə Nağıqızı və digər icma üzvləri iştirak ediblər.

Qərbi Azərbaycanın ən böyük ərazilərindən olan Dərləyəz mahalıdır. Oğuz türk mədəniyyətinin ən vacib tərkib hissəsi olan Qərbi Azərbaycan Dərələyəz mədəniyyəti səciyyəvi xüsusiyyətlərə malik bir mədəniyyətdir. Bu mədəniyyətin ən vacib elementlərindən bir folklordursa digəri isə etnoqrafiyadır. 1948-1953-cü illərdə Dərləyəz mahlından deportasiya edilmiş Çivə kəndinin əksəriyyəti Sallı, Qozulca kəndləri və Göyçə mahalının Mollalı kəndinin isə bir hissəsi Bərdənin İmirli kəndində məskunlaşıblar.  Professor Mahirə Nağıqızı bu sərgi əsasında gələcəkdə muzey yaradılması ideyası da maraq doğurduğunu bildirib.

Mahirə Nağıqızı, Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcmasının rəhbəri, ADPU-nin  Beynəlxalq əlaqələr üzrə prorektoru “Xalqın yaddaşı pozulmuyubsa, xalq yaddaşını qoruya bilibsə, bir xalçasını, bir qazanını, yeməklərini, mətbəxini və ya onların hazırlanma qaydalarını saxlıyıbsa yaddaşında, öz yerinə-yurduna məxsus y adları, tayfaları, nə bilim dəniz, çay göl, bulaq, iz, əyər bunları, bir qayanın adını, bir düzün adını saxlıyıbsa, onu folklora hopdurubsa, o xalq mütləq qalib olacaqdı….. İmirlidə məskunlaşan dərələyəzlilərin  hazırladığı bax bu möhtəşəm  eksponatlar deyək, Dərələyəzə məxsus bitkilər, onların qururdulması, yeməklərin hazırlanması, və ya əşyaların hamısı bir də onu sübut eliyir ki, heç nə unudulmuyub, yaddan çıxmıyıb. Unudulmayan yaddan çıxmıyan bizimdisə, o Vətən də bizimdir. Biz mütləq Qərbi Azərbaycana qayıdacayıq, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə”.

Professor Mahirə Nağıqızı müsahibəsində Bakı, Naxşıvan və digər bölglərdə fəaliyyət göstərən ali təhsil müəssilərində Qərbi Azərbaycan Araşdırmalar mərkəzlərinin fəaliyyətə başlamasının müsbət nəticələr verəcəyinə əminliyini də ifadə edib:

“Bizim Azərbaycan Dövlət Pedoqoji Unuversitetində, məsələn, Qərbi Azərbaycan Araşdırmalar mərkəzi açılıb – Qərbi Azərbaycan toponumləri, Qərbi Azərbaycan dialektləri, mədəni irsi, folkloriynan bağlı yeni dərslər salınıb. Bunlar bilirsiniz nə deməkdi, tələbələrə, gənclərə, gələcək nəslə maddi-mənəvi irisimizi, ata yurdumuzu mütləq tantmaqdı.

Dolanaydım dolaylarda süzə-süzə, Dərələyəz

Soruşardım olanları , Dərələyəz! – biz mütləq o torpaqlara qayıdacayıq!

Sərgidə nümayiş etdirilən  Dərələyəz mahalının Çivə, Sallı, Qozulca kəndlərindən vaxtı ilə gətirilmiş məişət əşyaları, qədim xalça nümunələri həmçinin Dərələyəz mətbəxini əks elətdirən yeməklər Qərbi Azərbaycan qeyri-maddi mədəni irsinin mühafizə edilməsinin ən gözəl nümunəsidir.

Şöhrət Eyvazov, Qərbi Azərbaycan İcmasının Bərdə nümayəndəsi “Ölkəmizin hər yerində olduğu kimi, Bərdədə də Qərbi Azərbaycan icmalarının yaranması və onların təşkilatlanması, mərkəzləşdirilməsi işləri davam eləyir. Həm Qərbi Azərbaycan İcmasının Bərdə nümayəndəliyi, həm də müxtəlif kəndlərdə, o cümlədən Yeni Daşkənddə, İmirlidə, Kətəlparaqda, Kələntərlidə və digər Qərbi Azərbaycan kökənli digər soydaşlarımızın yaşadığı digər yaşayış məntələrəində icmalar yaradılır və müxtəlif tədbirlər keçirilir. Onlardan biri də, İmirlidə təşkil eilmiş foklor və etnoqraf sərgidir. Burda əsasən İmirli kənidinə gəlmiş, Dərələyəz və Göyçə mahalından gəlmiş, daha doğrusu deportasiya olunmuş soydaşlarımıza aid olan maddi-mədəniyyət nümunələri nümayiş elətdirildi”.

Kənd sakinləri və qonaqlar “İmirli Folklor qrupu”nun ifasında qara zurna sədaları altında halay çəkib, yallı oynayıblar.

Turaz.az

sergi 4 - Dərələyəz folklor və etnoqrafiya sərgisi keçrilib
sergi 3 - Dərələyəz folklor və etnoqrafiya sərgisi keçrilib
sergi 2 - Dərələyəz folklor və etnoqrafiya sərgisi keçrilib
sergi 5 - Dərələyəz folklor və etnoqrafiya sərgisi keçrilib
segi 8 1 768x1024 - Dərələyəz folklor və etnoqrafiya sərgisi keçrilib
sergi 6 - Dərələyəz folklor və etnoqrafiya sərgisi keçrilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir