“Avroviziya 2024”ə namizəd yeni mahnısını və klipini təqdim edib

“Avroviziya 2024” milli seçim finalistlərindən biri olan Qorqud (Elvin Novruzov), yeni mahnısı olan “Only You” üçün klipini ictimaiyyətə təqdim edib.

“Avroviziya 2024” milli seçim mərhələsinin finalistlərindən olan Qorqud (Elvin Novruzov), adı “Only You” yeni mahnısı üçün çəkilən klipini ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, sözügedən musiqinin müəllifi Elvin Novruzovdur (Qorqud). Sözləri isə “Səs Azərbaycan” layihəsinin iştirakçısı Mado Salikhə məxsusdur.

Xatırladaq ki, Elvin Novruzov Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində təmsil etmək üçün hüquq qazanmağa çalışan altı namizəddən biridir. Bundan öncə o, ölkəni “Vitebsk Slavyan Bazarı” festivalında təmsil edib, həmçinin “Səs Azərbaycan” layihəsinin birinci mövsümünün yarımfinalçısı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir