Azərbaycan Prezidenti imzaladığı sərəncamı ləğv etməyəcək

Rəsul Mirhəşimli
Jurnalistlər üçün tikilmiş üçüncü binanın media təmsilçilərindən başqalarına verməklə bağlı bütün təşəbbüslər iflasa uğrayıb. Artıq anlayıblar ki, bu məsələ Azərbaycan dövlətini şəhid ailələrinə və Qarabağ əlillərinə mənzil verə bilməyəcək qədər aciz göstərmək kimi görünür. Bundan əlavə, ölkədə Azərbaycan Prezidentinin sərəncamının ləğv edilməsi halı müşahidə edilməyib. Jurnalistlər üçün tikilən binanın cəmiyyətin başqa təbəqələri arasında bölünməsi üçün Prezident sərəncamının ləğv edilməsi təklifinin qəbulu mümkün olmayan məsələdir. Bu ölkədə hər kəs bilir ki, Azərbaycan Prezidenti imzaladığı sərəncamı ləğv etməyəcək.

Aldığım informasiyalar jurnalistlər üçün tiklmiş üçüncü binadakı mənzillərin mayın 10-da media təmsilçiləri arasında bölünməsi təşəbbüsü yönündədir. Əgər həmin müddətə bölgü ilə bağlı kriteriyaların müəyyən edilməsi və sənəd qəbuluna vaxt azlığı olsa, bu bölgü 22 iyul – Mətbuat Günündə baş tutacaq. Şəhid ailələrindən olan və Qarabağ müharibəsi veteranları olan jurnalistlərə də həmin binadan mənzillər verməklə məsələni ədalətli şəkildə həll etmək yönündə təkliflər var. Bununla bağlı həmin kateqoriyadan olan jurnalistlərin də müraciəti yayılıb.

Ümid edirəm ki, artıq jurnalist binası ətrafında süni şəkildə yaradılmış manipulyasiyalar və müəmmalar aradan qaldırılır.

Üçüncü binada mənzil almaq istəyən və buna haqqı çatan jurnalistlərin yaxın zamanlarda bu gözəl xəbərlə sevinəcəyinə inanıram”.

Allah yardımçınız olsun!
https://www.facebook.com/PresidentIlhamAliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir