Ermənitan Ordusu qadağan olunmuş silahlardan istifadə etməyi davam edir. Bu gün Füzuli cəbhə yanı yaşayış məntəqəsinə düşən partlamamış 122 mmlik ağ fosforlu mərmi ANAMA əməkdaşları tərəfindən zərəsizləşdirlib.
Bildirilib ki, ağ fosforlu mərminin istifadəsi 1980-ci il Cenevrə Konvensiyasına əsasən qadağan olunub. Buna baxmayaraq, Ermənistan həmin silahdan hətta mülki əhaliyə qarşı istifadə edib. Ermənistan Ordusu bu mərmuidən 2016-cı ilin Aprel döyüşlərində də Tərtər istiqamətində mülkü əhaliyə qarşı tətbiq etmişdi.
Şöhrət Eyvazov
