FHN-in əməkdaşı Nurlan Kərimov Avrasiya çempionu olub

20-21 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Avrasiya Çempionatı keçirilib. Çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib.

Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nurlan Kərimov da olub. 85 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempionatı qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1-ci yerə layiq görülən idmançımız dünya çempionatına vəsiqə qazanıb.

93d5f414 8865 43b5 8069 121cfcda5f06 - FHN-in əməkdaşı Nurlan Kərimov Avrasiya çempionu olub

Qeyd edək ki, Nurlan Kərimov Azərbaycan çempionu olmaqla yanaşı, ikiqat dünya çempionudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir