“Yerli jurnalistlərdən 44 günlük müharibə zamanı əziyyəti keçənlərin sayı kifayət qədərdir. Əksəriyyətini də hamımız tanıyır. Heydər Mirzə, Səxavət Məmməd , Elgün Gencimsoy, Şöhrət Eyvazov, Daşqın Abdullayev, Əntiqə Rəşid və adlarını unutduğum (üzürlü hesab etsinlər) onlarla azərbaycanlı jurnalistlərin də fəaliyyətini işıqlandırmaq mümkündür. 44 gündə müharibədə iştirak edən media nümayəndələrinin haqqında məlumatı güc nazirlikləri versinlər, “Müharibənin 44 anı (və ya günü)” adı altında bir sənədli film çəkilsin. Mən də zəruri dəstəyi verməyə hazıram. Əsl film Qələbəni qanı və canı ilə təmin edən Əsgərlərimizə həsr olunmalıdır. Elə bir film çəkilməlidir ki, dərslik kimi ordularda da istifadə olunsun.” Hərbi ekspert Ədalət Verdiyev bu məlumatı öz Facebook hesabında paylaşıb.