Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Hazırda teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

Şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasına səbəb futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi etməsidir.

Qeyd edək ki, teleqüllə son dəfə mayın 28-də – Respublika günündə Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir