Düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi qənimətlərin nümayiş etdirilməsinin ideoloji mübarizədə əhəmiyyəti böyükdür. Bu eksponatlar təkcə erməni faşizminin tanıdılması deyil, hərbi-vətənpərvərlik təbliğatı baxımından da vacibdir.
Savaşda sözün böyük təsiri var. Təbii ki, Azərbaycanın haqq savaşında da hər bir Azərbaycan vətəndaşı öz vətəndaşlıq borcunu ortaya qotymağa borclu idi. Əsl azərbaycanlılar elə belə də etdilər. Ermənilərin uzun illərdir ki, bizə qarşı apardıqları informasiya müharibəsini də Azərbaycan qazandı. Bu da səbəbsiz deyil. Ermənilərin yalan informasiyalarına qarşı Azərbaycanın apardığı haqlı mübarizə tam reallıqlara söykənirdi. Necə deyərlər, haqq nazilər, üzülməz.
Ordu.az saytı olaraq hər zaman düşmənlə istənilən cəbhədə mübarizə aparan Azərbaycan oğulları barədə reportajlar təqdim etmişik.
Budəfəki müsahibimiz Azərbaycan ordusunun ehtiyatda olan zabiti, İctimai televiziyanın Qarabağ üzrə xüsusi müxbiri Şöhrət Eyvazovdur. O, artıq bir neçə ildir ki, hərbi jurnalistika sahəsində çalışır. Müsahibimiz Vətən müharibəsi zamanı Ermənistan ordusunun fərari zabit və əsgərlərinin əşyalarından kolleksiya toplayıb. Əsas məqsədi isə bu kolleksiyadakı əşyaları gələcək nəsillərə düşmənin elə də güclü olmadığını isbat etmək üçün əyani vəsait olaraq istifadə etməkdir.
– Şöhrət müəllim, xoş gördük sizi. Təklifimizi qəbul etdiyiniz üçün sizə minnətdarıq. Necə oldu ki, bu kolleksiyanı yaratmaq fikirinə düşdünüz?
– Qarabağ müharibəsinin ilk mərhələsində iştirak etmişəm. Tərtər-Ağdərə istiqamətində döyüşlərdə olmuşam və o zaman texniki şərait hansısa fotolar, videolar saxlamağa imkan vermirdi. Eləcə də heç bir eksponat saxlamadım. Sonra fikirləşdim ki, onlardan yığsaydım, yaxşı olardı. Gələcək nəsillər üçün həmin dövrə aid bir məlumat olardı və bu içimdə bir hiss kimi qalmışdı.
– İnsanlar yaşadıqları anları əbədiləşdirmək üçün adətən gündəlik yazır. Amma Siz döyüşdə olan xatirələrinizin gündəliyini düşmən əsgər və zabitərinin qoyub qaçdığı əşyalarla yaddaşlara yazırsınız.
– Elə birinci olaraq, bax, bu papağı, ermənilərdən götürülmüş hərbi texnikanın içindən nümayiş etdirdim. Bu İctimai televiziya və Türkiya kanallarında verildi. Sonra digər sosial şəbəkələrdə yayıldı. Elə həmin dövrdən başlayaraq digər eksponatları da, tank “şlemi”, “kitellər” və digər qarşıma çıxan eksponatları həmin dövrün xatirəsi kimi toplamağa başladım.
– Şöhrət Eyvazov Vətən müharibəsi zamanı, xidməti dövründə edə bilmədiyi arzusunu reallaşdırır. İlk əşyanı götürəndə bu qədər çoxalacağını təxmin etmişdinizmi?
– Heç ümumiyyətlə əşyaların az və ya çox olacağını düşünməmişdim. Sadəcə onu deyim ki, ilk reportajdan sonra uzun illər niyə etmədim deyərək heyfsiləndiyim o boşluğu doldurmaq istədim. Bilrisiniz, bu cür imkandan maksimum yararlanmağa çalışdım. Çünki mən həm bir zabit kimi, həm də daimi ictimaiyyət arasında olan biriyəm. Düşündüm ki, biz hər zaman cəmiyyətin üzdə olan simalarıyıq. İndi yetişməkdə olan gənclik bizi media nümayəndəsi olaraq tanıyıb. Qoy, o gənclik bu cür əşyalarla ermənilərin nə qədər qorxaq, nə qədər cılız, nə qədər azic bir tayfa olduqlarını görsün, deyə düşündüm. İndi ən böyük arzum bu kolleksiyanı daha da geniş auditoriya qarşısında nümayiş etdirməkdir.
– Kolleksiyanızda ən dəyərli əşya hansını hesab edirsiniz?
– Hər biri mənim üçün dəyərlidir. Amma burada artıq öz əhəmiyyətini itirən döyüş xəritəsi və artilleriya çantası var ki, onları daha mükəmməl eksponat hesab edirəm. Bu gördüyümüz eksponat erməni mifinin, o “Böyük Ermənistan” mifinin, erməni xülyasının yekunudur. Erməni və Ermənistan elə bir xalq və dövlət deyil ki, onların haqqında diplomatik şəkildə danışasan. O səviyyəyə gəlib çata bilmədilər və bundan sonra da çata bilməyəcəklər. Bu kiçik eksponat mən deyərdim ki, əyalətdə, bölgədə bir növ onun kiçik bir filialı olaraq, bir nümunə kimi mövcuddur.
Kakardalar, mundirlər, qumqumalar, zabit geyimləri və onlarla bu kimi hərbi əşyalar… Şöhrət Eyvazov fərdi kolleksiyasında yer alan əşyaların yaxın zamanda təkcə ölkə daxilində deyil, Azərbaycana dost olan qardaş ölkələrdə də nümayiş etdirilməsini arzu edir.
Daşqın Güneyli, Bərdə
Ordu.az