Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb.
Turaz.az – ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Məlumatda qeyd olunur ki, Hulusi Akar müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevi qəbul edib. İclasa baş qərargah rəisi general Yaşar Gülər də qatılıb.