Yaxın illərdə Qarabağ Azərbaycan turizmində öz hegemonluğu ilə seçiləcək

İşğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa böyük yerli turist axınının olacağı gözlənilir. Hazırda Qarabağımızın potensial 10 milyon nəfər yerli turisti var.

Turaz.az ın xəbərinə görə, bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.

Hər kəsin səbirsizliklə müqəddəs torpaqlarımızı görmək gününü gözlədiyini deyən F.Hacıyev hesab edir ki, ölkə sakinlərindən başqa xaricdə yaşayan həmvətənlərimiz də bu siyahıya əlavə edilərsə, yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində öz hegemonluğu ilə seçiləcək.

Ekspertin fikrincə, Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir