Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefonla danışıb.
Prezident Administrasiyasının bununla bağlı yaydığı məlumatda bildirilib ki, İbrahim Kalın yeni işə başlayan Ceyk Sallivanı təbrik edib və tərəflər Türkiyə–ABŞ əlaqələri, Suriya, Liviya, Kıbrıs (Kipr), Şərqi Aralıq dənizi, Əfqanıstan, Dağlıq Qarabağ, “Covid-19” və beynəlxalq iqlim rejimilə bağlı 1 saatlıq müzakirə aparıblar.
Telefon söhbətində tərəflər Suriya və Liviyada siyasi həll prosesinin inkişaf etdirilməsi barədə razılaşıblar, ayrıca hər növ terror qruplaşmalarına qarşı daha təsirli və birgə mübarize aparılmasına dair ehtiyacın əhəmiyyətinə toxunublar.
Söhbətin sonunda S-400, F-35 və PYD/YPG ilə əlaqədar da fikir mübadiləsi aparılıb.
İki müttəfiq ölkənin yeni dönəmdə güclü, davamlı və konstruktiv bir münasibət modeli üçün gözləntilər müzakirə edilib. NATO müttəfiqliyini gücləndirmək, regional və daimi sülhə, sabitliyə qatqı təmin edəcək addımlar atmaq üçün bir razılığa gəlinib.
Ağ Evin telefon danışığı ilə əlaqədar verdiyi bəyanatda isə bildirilib ki, Sallivan (Prezident Co) Bayden rəhbərliyinin ABŞ–Türkiyə əlaqələri qurmaq, əməkdaşlıq sahələrini genişləndirmək və mübahisələrə təsirli şəkildə nəzarət etmək istədiyini vurğulayıb.