İSBAM nümayəndə heyyəti Azərbaycanın İstanbuldakı Başkonsulu ilə görüşüb

Boyukmillet.com xəbər verir ki, qardaş Türkiyədə səfərdə olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Azərbaycanın Istanbuldakı Baş konsulu Nərminə Mustafayeva ilə görüş keçirib. __ xəbər verir ki, görüşdə səmimi qəbula görə xanım baş konsula öz təşəkkürünü bildirən İSBAM sədri Samir Adıgözəlli 29 mart tarixində Qarabağ savaşında iştirak edən qardaş Türkiyənin mətbuat işçilərinin Zəfər Media Mükafatı ilə mükafatlandırma mərasimindən bəhs edib. Onun sözlərinə görə qırx dörd günlük Vətən müharibəsində çiyin çiyinə mübarizə aparan Azərbaycan və Türk jurnalistlərinin Zəfər Media Mükafatı ilə mükafatlandırması özü böyük addımdır. Bu mükafatın növbəti mərhələsində mükafat alacaq jurnalistləri də müəyyən edəcəklərini bildirən Samir Adıgözəlli keçirilən tədbirin TürkiyəAzərbaycan mediasında yüksək səviyyədə işıqlandırıldığını sözlərinə əlavə edib.
Azərbaycanın Istanbuldakı Baş Konsulu Nərminə Mustafayeva öz növbəsində bildirib ki, məsul şəxs kimi Azərbaycanla bağlı keçirilən və keçiriləcək olan bütün tədbirlərdə aktiv şəkildə iştirak etmək niyyətində olduqlarını qeyd edib. Onun sözlərinə görə bundan sonra da bu istiqamətdə birgə fəaliyyətdən məmnunluq hissi ilə keçirəcəklər. Azərbaycanın informasiya müharibəsində verdikləri dəstəklərə görə Türkiyəli jurnalistlərin mükafatlandırılması prosesinə görə İSBAM rəhbərliyinə öz təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir