İstanbulda məskunlaşan soydaşlarımıza yardımlar davam edir

Dünyanı öz cənginə alan pandemiya dövründə insanların həyat tərzi dəyişəndən, çalışma həyatı məhdudlaşan gündən soydaşlarımızın qapısını mütəmadi olan döyən yardım quruluşlarından biri də İstanbul Azərbaycan Dostluq Dərnəyidir. Bir ildən çoxdur ki, hər ay ərzaq səbəti və müxtəlif yardımlarla soydaşlarımızı yada salan salan dərnək qurucuları artıq yardımları ənənə halına gətiriblər. Bele ki, hər ay 100 ailəni sevindirməklə yanaşı, uşaqları da unutmurlar. Belə ki, qış fəslində 70 məktəbli uşağı isti geyimlərlə; ayaqqabı, papaq və gödəkçə ilə təmin edən dərnək həm də yaz aylarına keçid dövründə 100 ailənin uşağına vitamin əlavələri və kitablar hədiyyə edib. Təmizlik məhsullarından ibarət bağlamaları da hər ay yardım edilən ailələrin ünvanıına çatdırılır. Bu gün isə Ramazan ayı ərəfəsində təkrar 100 ailəyə qida və təmizlik məhsulları paylanılıb. Əsasən İstanbulun Köyiçi və Bayrampaşa rayonunda paylanan yardımlardan daha çox imkansız ailələr, ailə başçısı olmayanlar yararlanır.
Qeyd edək ki, İstanbul Azərbaycan Dostluq Dərnəyi 2017 – ci ildən yəni yarandığı gündən bu yana bir neçə möhtəşəm addımlar atıb. Belə ki, Azərbaycan mədəniyyətinin tanınması üçün keçirilən aksiyalar, tələbə və gənclərə dəstək forumları bu dərnəyin ismi ilə bağlıdır.
Pandemiya dövründə bütün fəaliyyətlər məhdudlaşdırıldığından və insanların yardıma ehtiyacı olduğundan dernek qurucu heyəti ilə birlikdə fəaliyyət istiqamətini dəyişərək soydaşlarımıza yardım kampanyalarına başlayıb.
Dərnəyin rəhbəri Azərbaycanın ziyalı xanımlarından olan Xuraman Ağasısoy bizim söhbətində yardımların İstanbulda həyat normal vəziyyətə qayıdana kimi davam edəcəyini bildirib:
“Məqsədimiz ailə başçısı olmayan evlərdə əsas problemləri həll etməkdir. Covid19 virusundan gigiyena qaydalarına riayət etməklə qorunmanın əsas şərt olduğunu nəzərə alaraq hər dəfə ərzaq yardımları edəndə bağlamalara bir bağlama da təmizlik qutusu əlavə etmişik. Müxtəlif vaxtlarda xəstə uşaqları olan ailələrin siyahıya alınması, onların həkim müayinəsindən keçirilməsi kimi kampaniyalar da təşkil edərək bayram və özəl günlərdə bu uşaqları sevindirməyə çalışırıq. Yüzlərlə soydaşlarımızızn məskunlaşdığı İstanbul kimi nəhəng meqapolisdə bu iş dəryada damcı kimi görünə bilər, amma ən az hər ay 100 ailənin qapısını döymək, ailə başçısı olmayan qadınlara yardım etmək, çətinliklərlə dolu həyat mübarizəsi aparan uşaqlarda sevgi və özünəinam hissi yaratmaq xeyli qürur verici hadisədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir