O illəri həmişə fəryadla xatırlayıram – Xanəmir Telmanoğlu yazır

Bir zamanlar adına erməni dediklərimiz, rus ordusunun kölgəsində təpədən – dırnağa azğınlaşaraq bizləri yerindən – yurdundan elədi. İnsanlar ev -eşiyini, mal – heyvanını, həyət – bacasını və torpağını qoyub canını güc – bəla ilə bu əzazillərin qanlı caynağından qurtarmaq üçün min illərdir vətən dedikləri yerləri tərk etməyə məcbur oldular. 

Bir tərəfdən ölkədəki daxili siyasi çəkişmələr, mənəm – mənəmlik, xalqın övladlarının üz – üzə qoyulma naqisliyi sinəmizə dağlar çəkdi. Rusun şərəfsizliyinə güc qatan fars şövonizminin nanəcibliyi islam qardaşlığı adını kullanmaqla erməniyə hər türlü yardımı əsirgəməyərək bizləri qiyamətə qədər yandırıb yaxdı. Hər şeydən keçərdim, ancaq əsir götürülən qız – gəlinlər, onların atalarının, qardaşlarının, nişanlılarının, ərlərinin gözləri önündə başlarına açılan min oyundan, başı kəsilən gənc döyüşçülərimizdən, Xocalıda və digər bölgələrimizdə onların törətdikləri insanlıq dışı vəhşiliklərdən keçə bilmirəm,bilməyəcəyəm də. Yadıma o məşum illər düşür. Hər şeyini, hər şeyini, bütün ümidlərini qoyub üzü Bakıya, Sumqayıta və digər bölgələrimizə doğru yollara düzülən, meşələrdə, qarda, soyuqda, çovğunda ac – susuz ölüb qalan insanlarımızın ürəkpartladan, ruhu darmadağın edən fəryadlarını, nalələrini unutmaq mümkün deyil əsla. Üstəlik, gəldikləri yerlərdə xor görülmələri ayrı bir dərdin ölümüydü. Çünki o zamanlar insanlarımız bu günkü qədər birlik, doğmalıq, bir- birini anlama yönümündə sanki o qədər də həssas və bilgili deyildilər. Yadımdadır, H. Z. Tağıyev qəsəbəsindəki uçuq-sökük, darmadağın edilmiş, sadəcə dört divarları qalmış hərbi kulubda məskunlaşan valideynlərimi yerli camaatın “gəlməsiniz, torpağınızı qoyub qaçmısınız, burda nə işiniz var, rədd olun, gedin, xarabanıza”,  kimi zəhər tuluğu sözlərlə nə günə qoyduğunu yaxşı xatırlayıram. O sözlər, o səslər hərdən qulağımda əks-səda verib mənə olmazın zülmlərini yaşadır. (Mən və bacı-qardaşlarım, valideynlərim sayını itirdiyim gecələr boyunca yağışdan islanmış yorğan – döşəkdə neçə sabahları dirigözlə açdığımızdan danışmıram.Hətta Allahın o uçulmuş kulubunun qar-sazaq soxulan, külək püləyən, yağış tökülən yerlərini təmir edib düzəltməyə də imkan vermirdilər : – x.t.)

Əlbət bunlar keçəcək. Ancaq o erməni kafər uşaqlarının öz doğma evlərimizdən qovulmağımızı, o yer – yurtlarımızdan didərgin düşməyimizı, səfil sərgərdan çöllərə salınmağımızı, əsla bağışlaya bilmirəm. Axı bu şərəf yoxsunu bu zəlil,kəmfürsət kafər zürriyyəti bizlərdən nə istəyirdi? Bu sual sizə asanmı gəlir?  Bu sualı verəndə indi az qalır nəfəsim ağzıma gəlsin, qafil!!!  Niyə bizləri illərdir hər şeydən məhrum qoydular. Bizi əməlli – başlı məşğul etdilər. Bizlər, qaçqın həyatı yaşayıb yağışdan, qardan islanmış yorğan – döşəklərimizi beton piltələrin üzərində gecə boyunca yerimizi kotan kimi eşib sabahları diri gözlə açdığımızda, onlar zəncirlərdə bağlı qalmış itlərimizə bir daraq güllə boşaldıb o dilsiz  – ağızsız eyvanların zingiltisinə şaqqanaq çəkib o ki var gülüşürdülər. Xatirələrimizin, yaddaşımızın bütün köşə -bucağında donuzlarını buraxıb dədə – babalarımızın qəbir daşlarıında dünyanın bütün məhzunluğunu üzündə gəzdirən çarəsizliyini nişan alıb dəlmə -deşik etməklə ürəklərində şər alovunu söndürə bilmirdilər. Hələ bunlar nədir ki. Erməni dediyin o murdarlıqlarını məscidlərimizə doldurub bir zamanlar divarlarına “Allahu Əkbər”  sədaları hopmuş inanc məkanlarımızı qarğanmış o donuzlarının fınxırtısıyla təhqir edirdilər. Düzdü, bizlər o yerləri dövrün tələblərinin, diktəsinin doğrultusunda tərk etmək məcburiyyətindəyik və etdik. Onlar bizləri qovduqlarının, həmişəlik uzaqlaşdırdıqlarının, o yerləri üzümüzə, nəsl – nəcabətimizə, bizdən sonra gələnlərə həsrət qoyduqlarının eyforiyasına qapılmışdılar. Bir gün qəfildən geri dönəcəyimizi isə heç ağıllarının ucundan keçirmirdilər. Baxın, necə qayıdırıq. Bizlər, o torpaqları canımız çəkişərək, can dərdi qoyub çıxdıq. Onlar isə rahat – rahat var – mülklərini toparlayıb əl -qollarını sallayaraq tam arxeyinliklə maşınlarında torpağımızı tərk edirlər. Bədbəxliyimiz odur ki, düşmənimiz ermənilər oldu. Erməninin xoşbəxtliyi odur ki, düşmənləri biz türklərik. Kənd arvadlarının sözü olmasın, getsinlər bizə dua etsinlər.Bir daha bu dəhşətlərin baş verməməsi üçün cənab baş komutan Şuşanı həm də paytaxtımız elan edə, bu başqa bir tarix olar eee.Əlavə not: Görəsən əsirlikdə qalmış minlərlə insanımızdan nədən danışılmır? Nədən onların taleyindən hələ də bir xəbər ala bilmirik?  

Xanəmir Telmanoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir