Qalıqları tapılan erməni hərbçilərin sayı açıqlanıb

Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb.

Turaz.az xəbər verir ki, bu barədə məlumatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib.

“Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, – U.Tadevosyan vurğulayıb.

O bildirib ki, QubadlıHadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb:

Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarış işləri FüzuliXocavənd istiqamətində davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir