Şəhid polkovnikin son statusu

Noyabrın 23-də şəhidlik zirvəsinə ucalan polkovnik Babək Samidli son stastusunu sentyabrın 7-də yazıb. Statusda Turan övladları birliyə çağırılır.

pic117  300x195 - Şəhid polkovnikin son statusu

Qeyd edək ki korpus komandirinin müavini polkovnik Babək Samidli Suqovuşan istiqamətində humanitar tapşırığın icrası zamanı mina partlaması nəticəsində yaralanıb, həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Şəhid polkovnik noyabrın 24 – də, böyüyüb başa çatdığı Göyçayda dəfn ediləcək. Turaz.az polkovnik Babək Samidlinin son statusu ilə yanaşı, əsgərlərin qarşısında çıxışından internetdə yayılmış kadrları da təqdim edir. O, çıxışında əsgərlərimizi “ya qalib, ya şəhid, ya qazi” olmağa çağırır.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir