Qazi Mustafa Kamal Atatürkün mülki vəzifə aldığı ilk təşkilat I Dünya müharibəsindən məğlub çıxan Osmanlı Türkiyəsi qalib dövlətlər tərəfindən siyasi varlığına son qoymaq və dünyanın siyasi xəritəsindən silmək niyyətində idilər.Xristian azlıqların hüquqlarını təmin etmək adı ilə Şərqi Anadoluda rum, erməni və.s azlıqlardan ibarət kiçik dövlətlər yaradılması nəzərdə tutulmuşdur. Bu həlledici dönəmlərdə Osmanlı Türkiyəsi demək olar ki, ideoloji və siyasi cəhətdən iki hissəyə ayrılmışdır.İşğalı qəbul edərək ona boyun əyənlər və işğala qarşı mübarizə aparmaq məqsədi ilə milli mücadiləyə qoşulanlar. Birinci ideoloji cəbhəyə Osmanlı Sultanı Vahəddin, ikinci cinaha isə Mustafa Kamal Paşa rəhbərlik edirdilər. Bu ideloji və siyasi qütbləri aşağıdakı kimi qruplaşdırmaq olar.
1.Başda Osmanlı Sultan Vahəddin və hökümətə rəhbərlik edən Damat Ferid Paşa olmaqla işğala boyun əyən, Türkiyənin parçalanmasını və ərazisində xiristian azlıqlarının təmsil olunduğu dövlətlərin yaradılmasını qəbul edərək öz hakimiyyətlərini qorumağa çalışan şəxslər və qurluşlar. Burada Rum Patrik qurluşuna daxil olan Mavri Mira Heyyəti, Yunan Kızılxaçı, Rəsmi Köçkünlər Komissiyası, başda Zazen olmaqla Erməni Patrik qurluşu, Pontus Cəmiyyəti. İngilis Mühipləri Cəmiyyəti- bu cəmiyyətə daxil olan şəxslərin içərisində hətta Sultan Vahəddin, Damat Ferid Paşa,daxili işlər naziri Ali Kemal, Adil və Mehmet Ali, Sait Molla da daxil olmuşdular. Bu qrupa həmçinin Diyarbəkir, Bitlis, Elazığ ərazilərini əhatə edən və İstanbuldan idarə edilən Kürd Teali Cəmiyyəti. Bu təşkilat Konya ətrafında fəaliyyətini genişləndirərək İstanbuldan idarə edilən Teali-i İslam Cəmiyyəti quraraq məqsədi xarici dövlətlərin himayəsi ilə göstərilən ərazilərdə kürd dövləti qurmaq idi.
2.Başda Mustafa Kamal Paşa olmaqla Türkiyənin işğal edilməsi ilə barışmayan və buna qarşı mübarizəyə qoşulan şəxslər və qurluşlar. Həmçinin buraya Vilayeti-Şarkiye Mudafaa hukuk-ı Milliye Cəmiyyəti, Trabzonda Muhafaza-i hukuk təşkilatı, Havalisi Adem-i Merkeziyet Cəmiyyəti və.s Türkiyənin işğalının qaçılmaz olduğu fikirinin özünə aksioma kimi qəbul edən bir qrup təşkilatlar da lokal məkanlarda öz kiçik dövlətlərini qurmaq fikirində idilər. Bu kateqoriyaya isə Trakya Paşaeli Cəmiyyətinin nümunə gətirmək olar. Dövrün siyasi mənzərəsi Mustafa Kamal Atatürkün düşüncəsindən və dilində belə söylənilir.
Mustafa Kamal Atatürk: “19 may 1919-cu il tarixdə Samsuna gələndə ölkənin vəziyyəti belə idi – Osmanlı Dövlətinin qoşulduğu qrup I Dünya savaşında məğlub olmuşdur. Osmanlı ordusu hər tərəfdə zədələnmiş şərtləri ağır bir atəşkəs müaviləsi bağlamağa məcbur edilmişdir. Böyük savaş milləti yorğun və aciz duruma salmış, məmləkəti bu müharibəyə sürükləyənlər isə öz həyatlarını qurtarmaq üçün ölkədən qaçmışdılar. Səltənət və xilafət məqamında oturan Sultan Vahəddin soysuzlaşmış taxtını qoruya biləcəyini xəyal etdiyi alçaqca tədbirlər araşdırmaqda idi. Damat Ferit Paşanın rəhbərlik etdiyi hökümət aciz, ləyaqətsiz və qorxaq durumda idi. Yalnız padişahın iradəsinə boyun əyməkdə və onunla birlikdə özlərini qoruya biləcək hər bir duruma razı idilər. Osmanlı ordusunun əlindən silahları və cəbhəxanası alınmmış, işğalçı dövlətlər atəşkəs müqaviləsinin şərtlərinə belə əhəmiyyət verməyərək istədikləri kimi hərəkət edirdilər.Müxtəlif bəhanələrlə donanmalara və İstanbula əsgər yerləşdirmişdilər.Adananı fransızlar, Urfa, Maraş, Ayıntap (Gazintep) ingilislər tərəfindən işğal edilmişdi. Antalya və Konyada İtalyan ordu hissələri, Merzifon və Samsunda isə ingilis əsgərləri yerləşdirilmişdir. Hər tərəfdə xarici əsgərlər və məmurlar və xəfiyyələr fəaliyyətdə idi. İzmiri isə yunanlar işğal etməyə hazırlaşırdılar”.
Mustafa Kamal Paşanın bütün ciddi cəhdlə İstanbuldan uzaqlaşdırmağa çalışan Vahəddin höküməti onu Samsuna göndərməklə həm ingilis hökümətinə xidmət etməsini nəzərdə tutmuşdur. Mustafa Kamal Paşa Samsuna gedərkən hökümətdən böyük səlahiyyətlər istəmişdir. Hökümət Mustafa Kamal Paşanı İstanbuldan uzaqlaşdırsın deyə onun istədiyi bütün səlahiyətləri vermişdilər. Demək olar ki, ordunu Mustafa Kamal Paşaya tabe etdirmişdilər. Osmanlı Sultanı Vahəddin Mustafa Kamal Paşanı göndərilməsinə bəslədiyi ümidlər özünü doğrultmadı. Hökümət tərəfindən bir neçə gündən sonra Mustafa Kamal Paşaya verilmiş viza ləğv edilərək, onun həbs edilməsi barədə qərar qəbul edildi.Lakin artıq gec idi, artıq Türk millətinin bağrından doğulan böyük lider ortada idi.O, artıq türk millətinin səfərbər olması ilə məşğul idi. Səfərbərliklə bağlı ilk təşkilati iş məhz Ərzurum Konqresinin toplanması oldu. Mustafa Kamal Paşa artıq Amasiya Bəyanatında Ərzurum Konqresinin toplanmasına çağrış etmişdir.
Ərzurum konqresinin hədəf və məqsədləri
Konqresin əsas məqsədi işğalçı dövlətlərin dəstəyi və himayəsi ilə Şərqi Anadoluda rum və erməni dövlətinin yaradılmasının qarşısını almaq idi. Bu məqəsədlə Konqresi xalqın dəstəyini almaq, bölgədəki milli qüvvələri səfərbər edərək Türkiyənin parçalanmasının qarşısını almağı qarşısına vəzifə qoymuşdur.
Ərzurum Konqersi 23 iyul 1919-cu il tarixdə işğal altında olan Trabzon, Ərzurum, Sivas, Bitlis və Van bölgələrinin 62 nümayəndəsinin iştirakı ilə fəaliyyətə başlamışdır. Ərzurum Konqresi 9 nəfərdən ibarət idarə heyəti seçmiş və 38 səs çoxluğu ilə Mustafa Kamal Paşa Konqresin sədri seçmişdir.14 gün davam edən Konqres regional qurluş kimi fəaliyyətə başlasa da Türkiyə Cümhuriyyətinin taleyüklü məslələrinə dair beynəlxalq əhəmiyyətli qərarlar qəbul etmişdir. Konqres Mustafa Kamal Paşanın mülki vəzifə aldığı ilk qurum kimi Türkiyə Cümhuriyyəti tarixinə düşdü.
Ərzurum Konqresinin qərarları
- Milli sərhədlər çərçivəsində vətən bir bütündür, parçalana bilməz;
- Hər hansı əcənəbi işğalına qarşı millət birlikdə mübarizə apararaq müdafiə hüququqnu təmin edəcəkdir;
- İstanbul Hökuməti vətənin müstəqilliyini təmin edə bilməsə, müvəqqəti bir hökumət qurulacaqdır. Bu hökumət milli konqres tərəfindən seçiləcəkdir. Konqres toplanmamış olduğu təqdirdə bu seçkini Nümayəndələr Heyəti həyata keçirəcəkdir;
- Kuva Milliyəyi təsirli, milli iradə hakim bilmək əsasdır;
- Azlıqlara siyasi hakimiyyətimizi və sosial balansımızı pozacaq imtiyazlar verilə bilməz.Ancaq bu vətəndaşların canları, malları və vicdanları hər cür təcavüzdən qorunacaqdır;
- Mandat və himayə qəbul olunmaz;
- Milli iradə və toplanan milli qüvvələr padşahlıq və xilafət məqamını qurtaracaqdır;
- Məbuslar Məclisinin dərhal toplanmasına və hökumətin gördüyü işlərin millətcə nəzarətinə çalışılacaqdır;
- Müstəmləkəçilik məqsədi daşımayan dövlətlərdən texniki, sənaye və iqtisadi yardım qəbul etmək olar.
İstanbul Höküməti Ərzurum Konqresinin fəaliyyətini pozmağa cənd etsə də konqres böyük əzmlə işini davam etdirdi.
ƏRZURUM KONQRESİNİN NƏTİCƏLƏRİ
Ərzurum Konqresi türk milli mücadilə hərakatının hərəkətverici qüvvəsinə çevrildi.Konqresin qərarları ölkə daxilində yayımlamaqla bərabər, həmçinin xarici dövlət təmsilçilərinə də göndərilmişdir.
Regional konqres kimi fəaliyyətə başlayan qurum qəbul etdiyi sənədlər beynəlaxaql əhəmiyyət daşmışdır.
Ərzurum Konqresində ölkə daxili vəziyyətə təsir edəcək qərarlarla bərabər xarici siyasətin prioritetlərini müəyyənləşdirəcək qərarlarda qəbul edildi.
Qərbi Anadoludakı cəmiyyətlərin milli mücadiləyə qoşulmasını sürətləndirdi.
Müstəqlilliyin qorunmasına dair ilk qərar məhz bu konqresdə qəbul edilmişdir.
Ərzurum konqresi türk milli mücadilə hərakatının təşkilatlanmasında müstəsna rol oynamışdır.
Səməd Vəkilov
Araşdırmaçı-hüquqşünas