Türkiyə klubları Azərbaycana dəstək mesajlarını davam etdirir: “Acımız, davamız, sevdamız birdir”

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı davam edir. 

APA – dan alınan məlumata görə, daha bir neçə klub sosial şəbəkə səhifələri vasitəsilə bununla bağlı paylaşım edib.

“Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”un ardından hazırda Super Liqanın liderlərindən olan “Fatih Karagümrük”, həmçinin “Göztəpə”, “Yeni Malatyaspor”, “Ankaragücü”, “Ərzurum BB”, “Konyaspor”, “Rizəspor” və “Bursaspor” da Azərbaycan ordusuna dəstək nümayiş etdirib.

Azərbaycan və Türkiyə bayraqlarının şəkillərinin paylaşıldığı mesajlarda “Qardaşımızın yanındayıq”, “Bir millət, iki dövlət”, “Can Azərbaycan”, “Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, “Acımız, davamız, sevdamız birdir bizim”, – kimi fikirlərə yer verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir