“Gəl” desəniz, gələrəm!
TÜRKİYƏDƏ YAŞAYAN 3-SİNİF ŞAGİRDİ AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRİB
Ankaradan Balış Kılıcın yazdığı məktubu təqdim edirik:
“Sayın Baş Komutan İlham Əliyev. Mənim ikinci vətənim Azərbaycandan düşməni qovduğun üçün çox təşəkkür edirəm. Mənim 8 yaşım var. Kaş daha böyük olardım və savaşa qatılıb Şuşada Bayrağımızı öz əllərimlə qaldırardım. Özüm gələ bilməsəm də Siz və əsgərlərimiz üçün dua edirəm!
Yolunuz açıq olsun! Amma “Gəl” desəniz, gələrəm! BALIŞ KILIC, ANKARA
Balışın atası Bəkir Kılıcla əlaqə saxladıq. Bildirdi ki, Azərbaycan İqtisad Universitetinin məzunudur. Və oğlunun deiyi kimi, haqq işi uğrunda mübarizəyə hər an hazırdır. “Böyük həvəslə savaşa qatılmağa hazırıq. Yaşasın Azərbaycan Türkiyə qardaşlığı”
Şöhrət Eyvazov