“UŞAQLARIN SEVİNCİ”

     1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə, həmin məktəbin müəllimi, musiqişünas və uşaq mahnıları müəllifi Sevinc İbrahimovanın “Uşaqların Sevinci” adlı musiqili tamaşası 31 mayda Azərbaycan Bəstəkarlar İttifaqında, 1 iyunda C.Cabbarlı adına Teatr Muzeyində, 3 iyun tarixində Abşeron Mədəniyyət Mərkəzinin böyük konsert salonunda məktəblilər üçün təqdim olunub. Azərbaycan Bəstəkarlar İttifaqın sədri, görkəmli bəstəkar Firəngiz xanım Əlizadənin uşaq yaradıcılığına həmişəki diqqəti və qayğısı bu dəfə də uşaqlara fərəh verib gələcək çıxışlarına stimul yaratdı. Cəfər Cabbarlı adına Teatr Muzeyinin direktoru Sevinc xanım Mikayılova isə musiqişünas S.İbrahimovanın uşaq yaradıcılığına geniş, əhatəli yanaşıb, yaratdığı mahnıların uşaqların tərbiyyəsində böyük bir məktəb olacağını qeyd edərək balacaların uğurlu çıxışını alqışladı.Festival şəklində keçirilmiş bu konsertlər silsiləsi tamaşaçılar tərəfindən maraqla izlənmiş və uğurla qarşılanmışdır. S.İbrahimovanın uşaqların rəngarəng həyatını əks etdirən təbiət, ailə, vətən, təhsil mövzulu və onların zövqlü, mədəni, dərin düşüncəli tərbiyyəsinə xidmət göstərən mahnılar, nəzmlə keçən teatrlaşdırılmış söhbətlər balaca artistlərin şövqlü ifası ilə yanaşı, tamaşaçıların da diqqətini çəkərək onlarda xoş təəssürat yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir