44 gün var – əsrə bərabər

“Müharibə siyasətinin başqa vasitələrlə davamıdır”  deyib  Kral Klaurevrits. 

Sistemli yanaşsaq görərik ki, 1994-cü ilin atəşkəsindən sonra ölkəmizdə hərbi, siyasi və  iqtisadi sahələrdə görülən işlərin məntiqi sonluğu Azərbaycan Ordusunun Qələbəsi oldu.  

Azərbaycan Qarabağ münaqişəsində zərərçəkmiş kimi gözləməkdən “yorulduğuna” görə  sentyabrın 27-sindən başlanan əks-hücum əməliyyatlarıyla düşmənin müqavimətinə rəğmən öz məqsədlərini reallaşdırmaq imkanı və qabilliyyətindən istifadəyə məcbur qaldı. 

 Süni yaradılmış “Dağlıq Qarabağ münaqişəsi”  aktiv münaqişə, münaqişəli-güzəştli davranış, güzəştli davranış mərhələrini keçmədi. Çünki Ermənistanın terrorizm və separatçılıq siyasəti buna imkan vermirdi. 

Münaqişənin intensivliyi yəni, onun zaman daxilində dəyişməsi çox ləng gedirdi. Daha doğrusu, müxtəlif güclər tərəfindən “ləngilidilirdi”. Prezdent, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “bütün məsələrdə fərqli yanşmalar olduğu halda, bu sahədə beynəlxalq güclərin fikri üst-üstə düşürdü”.

2019-cu il noyabrın 7-sində “Hazırda müharibə yoxdursa, bu, Azərbaycanın münaqişənin siyasi həll yolunu axtarma siyasəti ilə bağlıdır” bəyatatını xatırlıyırsınzmı?

Bu sözlər Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının noyabrın 7-də keçirilmiş iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı səsləndirdiyi bəyanatında əksini tapmışdı.

Bəyanatda bildirilirdi ki,  Ermənistan Baş Nazirinin “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı, həmçinin Ermənistan Müdafiə naziri tərəfindən səslənən sonuncu “Qarabağ məsələsi həll olunub” fikri sülh prosesi üçün zərərlidir.

Üstəlik, Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi, ATƏT-in qəbul etdiyi qərarlara əks gedərək israrla statusla bağlı məsələni irəli sürürdü. Ermənistan anlamaq istəmirdi ki,  münaqişənin həlli  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT qərarlarına, xüsusilə də 1994-cü ildə qəbul olunan Budapeşt Sammitinin qərarına əsaslanmalı idi. 

Bəyanatda qeyd olunurdu ki, Azərbaycan ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının məcburi köçkünə çevrilməsindən əziyyət çəkən ölkə kimi, münaqişənin ən tez və davamlı həll yolunun tapılmasını istəyən ən maraqlı tərəfdir: ” münaqişənin Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan sülh yolu ilə həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək”.

Ermənistanda və işğal altında olan ərazilərimizdə bu bəyanata reaksiya vermədilər – tam bir il sonra Şuşamıza Azərbaycan əsgəri qayıdanda isə gec oldu… 

Azərbaycanın münaqişənin strukturunu dəyişməyə çalışmaqdan başqa yolu qalmadı –qardaş Türkiyə bu yolda ölkəmizlə bərabər yürüməyə başladı. Və bunu açıq-aşkar şəkildə bəyan etməkdən çəkinmədi. 

44 günlük müharibədən  4 il əvvəl baş verən Aprel döyüşləri bir siqnal olsa da, qarşı tərəf bundan səhv nəticə çıxardı. Lələtəpinin azad edilməsindən işğalçı ölkə az sonra ora yaxın ərazidə “süni Lələtəpə” yaratdı, dağıdılmış “Ohanyan səddinin” əvəzinə 2 yox 6 müdafiə xətti qurdu və s. 

2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətində təxribatı ilə  münaqişənin “məkan” boyutunda fərq yaradılması cəhdi böyük geostrateiji maraqlardan qaynaqlanırdı. Əslində bununla da Ermənistan heç bir vəchlə güzəştə getmək istəmədiyni, əhsinə yeni məqsədlərə can atdığnı açıq-aydın göstrərdi. Məlum oldu ki, atəşkəs pozulmaların intensivliyin artması təkcə kəmiyyət yox həm də keyfiyyət dəyişiklərinə təsir edir. 

 Konfliktologiya elminə görə, münaqişəli davranış mübahisəli obyektin tutulub saxlanılması, yaxud rəqibin öz məqsədlərindən imtina etməyə və ya onları dəyişdirməyə vadar edilməsi məqsədilə qarşı tərəfə yönəlmiş hərəkətlərdir.

– 26 il (!) davam edən danışıqlar prosesində informasion funksiya, yəni maraqlar və məqsədlər haqqında informasiya öz əhəmiyyətini tam itirmişdi. Hamı görməməzlyə vururdu ki, danışıqlar zamanı konsensus – qəbul olunan qərarlarda iştirakçıların razılığı mümkün olmur!

– BMT tərəfindən Dağlıq Qarabağa aid olan 822, 853, 874 və  884 nömrəli  qətnamələrin icrasını düşünmək istəmirdilər. Dünyanın gözü qabağında Ermənisan ölkəmizə qarşı ekoloji terror törətməkdə, işğal altında olan ərazilərə başqa ölkələrdən “könüllülər” köçürmələr eləməkdə idi.

– Monoetnik Ermənistanın davranışları nə region, nə də qlobal dəyərlərə uyğun gəlmirdi. Arxayınlaşmış Paşinyanın “Qarabağ Ermənsitandır və nöqtə” sözləri isə  yeni konfliktologen (konflikt yarada biləcək söz və ya hərəkət) rolu oynadı. Nümayişkaranə rəqslər, seçkilər və s. isə bu prosesi sürətləndirdi.

Ermənistan ötən əsrin sonlarından  “kütlə effekti”nə yoluxub. Lakin 26 il ərzində özlərini və dünyanı inandırmağa çalışanların “əziyyəti” 44 gün ərzində puş oldu.

Bu gün Ermənistanda həm üfüqi siyasi münaqişələr – hakimiyyt və hakimiyyət səlahiyyətləri uğrunda mübarizə, həm də şaquli siyasi münaqişələr – «hakimiyyət-cəmiyyət» baş verir.

Başını itirmiş Paşinyan  “Sistemli müxalifətin zəiflədilməsi» metodunun xüsusiyyətlərinin demək olar ki, hamısına əl atır, müxalifət liderlərinin zərərsizləşdirilməsinə çalışır. 

Azərbaycanda isə durum tam fərqlidir.

Xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib və ona inanır. Ölkəmiz Ermənistandan qənimət götürlən hərbi texnikaların da nümayiş etdiriləcəyi Qələbə Paradına hazırlaşır.

Deyirlər ki, insan konflikti öz qərarı və rəqibin fikriylə deyil, təcrübəsilə anlayır.

Azərbaycanın  Qarabağla bağlı artıq 200 ili aşan bir təcrübəsi var. Bu qan yaddaşımızda 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsini imzalayan İbrahim xanın 12 iyun 1806-cı ildə Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilməsini, 1989-cu ilin yanvarından noyabrınadək “prezident üsul idarəsi” adı altında  Arkadi Volskinin etdiklərini, Xocalı soyqrmında 366-cı alayın iştirakını unutmuruq və unutmamalıyıq!

Bunud da unutmuruq ki, millətlə dövləti birləşdirən əsas cəhət dil, din, iqtisadiyyat və mədəniyyət deyil, məhz ƏRAZİDİR!

Xalq yaddaşına aid olan “ inciklik” və  “düşmən obrazı” gözlədiyimiz “Qələbə”ni gətirdi.

Və daha səhf etməyə şansımız yoxdur!

Şöhrət EYVAZOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir